Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:40

Taliban hücumunda azı 5 nəfər həlak olub


Kabil, 8 may, 2019-cu il

Taliban yaraqlılarının Counterpart International təşkilatına hücumu zamanı azı 5 nəfər həlak olub, 24 nəfər yaralanıb. Silahlılar əvvəlcə partlayış törədib, daha sonra təhlükəsizlik qüvvələrinin binasına hücum edib. Silahlılara qarşı əməliyyatın bir neçə saat davam etdiyi bildirilir.

Ölənlərdən dördünün dinc sakin, birinin polis əməkdaşı olduğu bildirilir. Ərazidən 200-dək adam köçürülüb.

***

Taliban yaraqlıları Kabilin mərkəzində beynəlxalq yardım qrupunun ofisinə hücum edib, böyük partlayış törədib, Əfqanıstan təhlükəsizlik qüvvələri ilə döyüşüb.

Səhiyyə rəsmiləri hücumda azı 15 nəfərin yaralandığını, xəstəxanaya aparıldığını bildirir.

Daxili İşlər Nazirliyinin sözçüsü Nusrat Rahimi AzadlıqRadiosu-na partlayışın mayın 8-də, müqəddəs Ramazan günlərində törədildiyini deyib.

Counterpart International təşkilatına hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb. Qurumun ofisi Baş prokurorluq yaxınlığında yerləşir.

Talibanın sözçüsü Zabihullah Mujahid-in sözlərinə görə, yardım qrupu Əfqanıstan daxilində “ziyanlı Qərb fəaliyyəti”nə görə hədəfə alınıb.

Xüsusi polis təyinatlılarının 150 işçini evakuasiya etdiyi bildirilir.

Bu hücumun baş verdiyi vaxtda ABŞ və Taliban təmsilçiləri Qətərdə danışıqları davam etdirirlər.

Ötən həftə Prezident Ashraf Ghani Talibana Ramazanın ilk günündə atəşkəs təklif edib. Silahlı qruplaşma imtina edib.

XS
SM
MD
LG