Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Pompeo İraqa qəfil səfər edib


Mike Pompeo (sağdan ikinci) Bağdad aeroportunda
Mike Pompeo (sağdan ikinci) Bağdad aeroportunda

Birləşmiş Ştatların Dövlət katibi Mike Pompeo Bağdada qəfil səfir edib, İraq rəsmiləri ilə görüşüb, İranın “qızışan” fəaliyyəti sarıdan ölkəsini narahat edən təhlükəsizlik məsələlərini müzakirə edib.

Həftənin əvvəlində Birləşmiş Ştatlar Yaxın Şərqə təyyarədaşıyan gəmi qrupu göndərdiyini bildirib, bunu İranın Amerika və müttəfiqlərinin qüvvələrinə yaratdığı təhdidlərlə izah edib.

ABŞ kəşfiyyatı “gözlənən hücumlarla əlaqədar çox spesifik” danışıb, Pompeo Bağdadda belə deyib, ancaq detalları açıqlamayıb.

Tehran isə bu məlumatları “psixoloji müharibə” adlandırıb.

“Güclənən təhdid”

Prezident Donald Trump ötən il Birləşmiş Ştatların İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. O vaxtdan tərəflər arasında gərginlik artıb.

Mike Pompeo (sağda) Bağdadda
Mike Pompeo (sağda) Bağdadda

Bağdadda İraq Prezidenti Barham Salih və Baş nazir Adil Abdul-Mahdi ilə görüşən Pompeo jurnalistlərə deyib:

“Onlarla İraqın bu ölkədəki amerikalıları adekvat qorumağı təmin etməsinin vacibliyi barədə danışdıq”.

Onun sözlərinə görə, görüşlərin məqsədi İraq liderlərinə “gördüyümüz güclənən təhdid” barədə informasiya vermək olub ki, ABŞ qüvvələrini effektiv qoruya bilsinlər.

Pompeo İraq rəsmilərinə deyib ki, Birləşmiş Ştatlar “İraqın suveren, müstəqil dövlət kimi qalmasını təmin etməyə davam edəcək”.

İraqın Xarici işlər naziri Mohammed Ali al-Hakim tərəflərin “ikitərəfli əlaqələri, regionda təhlükəsizliklə bağlı son baş verənləri və antiterror fəaliyyətini” müzakirə etdiklərini bildirib.

İraqdakı ABŞ qüvvələri İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına qarşı beynəlxalq koalisiyanın tərkibində fəaliyyət göstərir.

Pompeo səfərdən öncə İraqla biznes sövdələşmələrini, “onları İran enerjisindən ayıra biləcək böyük enerji sazişlərini” müzakirə edəcəyini vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG