Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:49

Krım tarixi kitabından ittihamedici səhifələr çıxarılacaq


Krım tarixi kitabından hissələr
Krım tarixi kitabından hissələr

Ukraynanın Krım yarımadasına nəzarət edən Rusiya hakimiyyəti orta məktəb tarix dərsliyindən ittihamedici hissəni çıxarmağı vəd edib. Kitabda Krım tatarlarının 2-ci Dünya müharibəsi dövründə nasist Almaniyası ilə əməkdaşlıq etdiyi iddia olunur.

Rusiyanın Krıma təyin etdiyi hökumətin aparıcı təhsil rəsmisi Natalya Goncharova mayın 6-da deyib ki, mübahisə doğuran səhifə 10-cu sinfin Krım tarixi dərsliyindən bu ayın sonunadək çıxarılacaq.

Krım tatarları deportasiyanı anır
Krım tatarları deportasiyanı anır

Etnik, dini nifrət yarada biləcək ittihamlar

Təhsil ekspertləri və bəziləri Krımın tatar azlığını təmsil edən deputatlar hakimiyyəti bu dərsliyi kurrikulumdan çıxarmağa çağırırdılar, onun yeniyetmələr arasında etnik və dini nifrət oyada biləcəyini deyirdilər.

Sözügedən səhifələrdə iddia olunur ki, Krım tatarlarının böyük hissəsi nasistlərə “sadiq olub”, “çoxu onlara kömək edib”.

Sovet diktatoru Josef Stalin hökuməti də 1944-cü ildə Krım tatarlarını yarımadadan deportasiya edəndə onların nasistlərlə əməkdaşlıq iddialarından istifadə etmişdi.

Orta Asiyaya sürgün edilən tatarların çoxu yolda ölüb, bəziləri Rusiyanın cənubundakı çöllüklərdə dünyasını dəyişib.

1980-ci illərdə Krım tatarlarının vətənlərinə qayıtmasına icazə verilib. Onlar hazırda yarımada əhalisinin 12 faizini təşkil edir.

Rusiya 2014-cü ilin martında yarımadaya nəzarəti ələ alıb, Ukrayna və bir sıra ölkələrin qanunsuz hesab etdiyi referendum keçirib.

İnsan haqları qrupları və Qərb hökumətləri Rusiyanın Krım tatarlarına, Moskvanın yarımadanı ilhaqına qarşı çıxanları davamlı hədəfə aldığını bildirir.

XS
SM
MD
LG