Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:18

Pompeo Almaniyaya səfərini təxirə salır


Mike Pompeo (sağda) və Sergei Lavrov

ABŞ Dövlət katibi Mike Pompeo Almaniyaya səfərini Berlinə varidolma vaxtından bir neçə saat öncə qəfil təxirə salıb.

“Təcili məsələlərdən dolayı Berlindəki görüşlərin vaxtını dəyişməliyik”, – Dövlət Departamentinin sözçüsü Morgan Ortagus deyib.

Ortagus əlavə edib ki, Kansler Angela Merkel və Xarici işlər naziri Heiko Maas ilə görüşlərin vaxtı yenidən təyin olunacaq. “Dövlət katibi tezliklə Berlinə səfər etməyi səbirsizliklə gözləyir”, – Ortagus vurğulayıb.

Pompeo Finlandiyada Arktika Şurasının toplantısına qatılmışdı. O, London və Qrenlandiyaya da səfər etməliydi, ancaq Finlandiyadan hansı ölkəyə getdiyi bəlli deyil.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova isə bildirib ki, Rusiya Pompeo ilə Xarici işlər naziri Sergei Lavrovun mayın 14-də Rusiyanın Soçi kurort şəhərində planlaşdırılan görüşünə hazırlaşır.

Bu, Pompeo ilə Lavrovun təxminən bir həftə ərzində ikinci görüşü olacaq. Onlar mayın 6-da Arktika toplantısı çərçivəsində bir araya gəliblər.

Pompeo Lavrov-la “yaxşı söhbət”i olduğunu deyib, Lavrov isə danışıqları “konstruktiv” adlandırıb.

Pompeo Almaniyada “Ukrayna, Rusiya, Çin, Suriya, Qərbi Balkanlar kimi qarşılıqlı maraq doğuran məsələləri” müzakirə edəcəkdilər.

XS
SM
MD
LG