Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:45

Səfirin tez getməsi ‘siyasi motivli’ ola bilər


Marie Yovanovitch
Marie Yovanovitch

Birləşmiş Ştatların demokratlar partiyasından aparıcı konqresmenlərinin fikrincə, Ukraynadakı ABŞ səfirinin vaxtından əvvəl vəzifəsindən getməsi Prezident Donald Trump administrasiyası tərəfindən atılmış siyasi addım ola bilər.

Nümayəndələr Palatasında rütbəcə ikinci demokrat Steny Hoyer və palatanın xarici işlər komitəsinin sədri Eliot Engel mayın 7-də bəyanat veriblər. Onlar səfir Maria Yovanovitch-in vəzifəsindən niyə mayın sonunda, planlaşdırıldığından iki aydan da tez getməsini sual ediblər.

“Bu qərarın siyasi motivli olması aşkardır, Prezident Trump-ın müttəfiqləri səfirin kənarlaşdırılması üçün lobbiçilik edən xarici oyunçulara qoşulmuşdular”, – bəyanatda deyilir və müəlliflər administrasiyasını qərarını ləğv etməyə çağırır.

Steny Hoyer
Steny Hoyer

Həm respublikaçıların, həm də demokratların administrasiyası dövründə xidmət etmiş Yovanovitch Ukrayna Baş prokuroru tərəfindən qeyri-adi hücumlara məruz qalmışdı. Həmin hücumların bəziləri Birləşmiş Ştatların mühafizəkar media orqanları tərəfində geniş işıqlandırılırdı.

***

Ukraynadakı ABŞ səfiri vəzifəsindən vaxtından qabaq gedir

Birləşmiş Ştatların Ukraynadakı səfiri vəzifəsini iki ay tez tərk edir.

Məsələdən xəbərdar dörd nəfər mayın 6-da AzadlıqRadiosu-na deyib ki, səfir Marie Yovanovitch mayın ortasında ölkəni tərk edir. Onlar səfirin getmə səbəbini açıqlaya bilməyiblər.

AzadlıqRadiosu bir elektron yazışmadan Yovanovitch-in son iş gününün mayın 20-də olacağını dəqiqləşdirə bilib. Səfirliyin müvəqqəti işlər vəkili yeni səfir təyin olunanadək bu vəzifəni icra edəcək.

İnformasiyanı ötürənlər içində səfirlik əməkdaşları da var, ancaq səlahiyyət sahibi olmadıqlarından anonimlik şərtilə danışıblar.

AzadlıqRadiosu-nun mayın 6-da Dövlət Departamenti sözçüsündən aldığı emaildə bildirilir ki, Yovanovitch “Kiyevdə üçillik diplomatik missiyasını planlaşdırıldığı kimi 2019-cu ildə bitirir”.

“Qalmaqallı” səfir

Sözçünün bildirməsinə görə, səfirin ölkədən getmə tarixi “Ukraynada prezidentlərin dəyişməsi ilə üst-üstə düşür”.

Yuriy Lutsenko
Yuriy Lutsenko

Yovanovitch 2016-cı ilin avqustunda Kiyevdə səfir kimi çalışmağa başlayıb. O, Birləşmiş Ştatların Ukrayna iqtisadiyyatının sabitləşdirilməsi, eləcə də ölkənin şərqində rusiyapərəst separatçılarla münaqişənin nizamlanması cəhdlərinin önündə gedib.

Səfir martın əvvəlində, 31 mart prezident seçkisindən bir neçə həftə öncə diqqəti çəkib, ölkənin xüsusi antikorrupsiya prokurorunu işdən çıxarmağa çağırıb. Bu çıxış həm vaxtı, həm kəskinliyi ilə maraq doğurub.

Korrupsiya ilə mübarizədə yetərincə iş görməməkdə ittiham olunan Prezident Petro Poroshenko aprelin 21-də seçkinin ikinci raundunda komediyaçı Volodymyr Zelenskiy-ə uduzub.

Yovanovitch martda Baş prokuror Yuriy Lutsenko-nun ittihamına tuş gəlmişdi. O iddia eləmişdi ki, ilk görüşlərində səfir ona “bizim mühakimə etməli olmadığımız adamların siyahısını” verib.

Vaşinqtonda çıxan “The Hill” qəzetində səsləndirilmiş bu iddianı Dövlət Departamenti təkzib etmişdi.

“Ukrayna baş prokurorunun iddiaları doğru deyil və məqsədi Səfir Yovanovitch-in imicini korlamaqdır”, – təkzibdə deyilirdi.

Bir müddət sonra bu əhvalatla bağlı tviti Prezident Donald Trump-ın oğlu təkrar tvitlədi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG