Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Ağac kəsilməsi prokurorluqda araşdırılacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bakıda Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında ağacların köçürülməsi və kəsilməsi prokurorluqda araşdırılacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mayın 7-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış materiallar qanunauyğun tədbirlərin görülməsindən ötrü Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Hələlik, bu açıqlamaya sözügedən torpaq mülkiyyətçisindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Sakinlərin bildirməsinə görə, iki gün öncə, mayın 5-də M.Hadi küçəsində göstərilən ünvanda elektrik verilişi qəfil dayandırılıb. Onların deməsinə görə, təkrar elektrik veriləndə görüblər ki, ərazidə onlarla ağac kəsilib və ya başqa yerə köçürülüb.

Nazirlikdən verilən açıqlamaya görə, araşdırmada bəlli olub ki, ərazidə 25 meyvə ağacı kəsilib, 2 zeytun ağacı və 96 nar kolu köçürülüb. Nazirlik Baş Prokurorluğa müraciət edib.

Multimedia

XS
SM
MD
LG