Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:47

Rusiya da Venesuelada çevriliş istəyib? – Qərb mediası


Nicolas Maduro həyat yoldaşı Cilia Flores ilə Karakasda gənclərlə görüşür
Nicolas Maduro həyat yoldaşı Cilia Flores ilə Karakasda gənclərlə görüşür

“Orada idim, öz gözlərimlə gördüm. Guaido ordudan xahiş edirdi ki, onu La Carlota bazasına buraxsın, ancaq onlar imtina edirdi. Bir neçə dəqiqə sonra o, yaydığı videoda bazanın içində olduğunu deyirdi”. Bunu “The Daily Beast” portalına bir hüquq-mühafizə əməkdaşı deyib. Hadisə isə aprelin 30-da, Venesuela müxalifətinin Prezident Nicolas Maduro-nu devirməyə çalışdığı gün baş verib.

Məqalədə şərti olaraq Simón adlandırılan həmin şəxs deyir ki, ABŞ-ın dəstəklədiyi aralıq dövr prezidenti Juan Guaidó xalqı gəlib onu dəstəkləməyə çağıranda guya ordunun onun arxasında olması təəssüratı yaradıb, ancaq heç də belə deyilmiş. “O, vaxt qazanmağa, ictimai fikir hesabına hadisələrin axarını dəyişməyə çalışırdı, ancaq bu, fundamental yalana əsaslanırdı”, – Simón deyib.

Onun sözlərinə görə, Guaidó-nun arxasında görünən əsgərlərə 30 aprel ssenarisində iştiraka görə pul verilib və ölkədən çıxış təklif olunub. Ancaq plan günorta 2-də iflas edir, belə ki, müxalifət illərdir ev dustağı olan tanınmış lideri Leopoldo López-in evindən SEBIN həbsxanasına aparılacağı barədə informasiya alır.

Leopoldo Lopez Karakasda
Leopoldo Lopez Karakasda

Şərti adı Alejandro olan başqa bir mənbənin deməsinə görə, ilkin planda Müdafiə naziri Vladimir Padrino López və daha üç generalın Birləşmiş Ştatlarla danışıq aparıb hakimiyyəti Guaidó-ya verməsi, Maduronun isə Kubaya getməsi nəzərdə tutulubmuş, ancaq son anda əməliyyat alınmayıb.

“Guaidó anladı ki, onu həbs edəcəklər… Padrino başda olmaqla generallar onun üstündən xətt çəkəcək, Leopoldo López-i Ramo Verde hərbi həbsxanasına yollayacaqdılar”, –Alejandro deyir.

Bundan sonra müxalifət B planını seçir, Guaidó və Leopoldo López sürətlə hərəkət edir, Venesuelanın Milli Silahlı Qüvvələrinin (FANB) dəstəyinə bel bağlayır.

Rusiya isə görür ki, Padrino López-in hakimiyyət başına keçərək Moskvanın investisiyaları üçün sabitliyi təmin etmək planları alınmayacaq. Bu səbəbdən Maduro-nun Kubaya getməsini Padrino-nun əngəlləməsinə nail olur, hakimiyyət boşluğunu önləyir. Bu zaman FANB da geri çəkilir və çevriliş yarıda qalır.

Rusiyanın Yunarmiya hərəkatının üzvləri
Rusiyanın Yunarmiya hərəkatının üzvləri

Rusiya Donbas və Krımda uşaqlardan necə istifadə edir

Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə məmurlar “vətənpərvər təhsil” kampaniyası aparır. Məqsəd uşaqların beynini və ürəyini qazanmaqdır. Atlantik Şurasının saytında dərc olunmuş məqalədə deyilir ki, hazırda Donbas və Krımda minlərlə uşaq hərbi təlim və digər hərbi fəaliyyətə məruz qalır.

Bu mövzuda rəsmi informasiya olmasa da, insan haqları fəalları və media uşaqların hərbi tədbirlərdə və təlimdə iştirakına, hətta qeyri-dövlət silahlı birliklərə cəlbinə dair dəlil ortaya qoyurlar.

Hər şeydən öncə Rusiya Ukraynanın şərqində və ilhaq etdiyi Krımda uşaqları təhsil vasitəsilə hədəfə alır. Bu ərazilərdə təhsil nazirlikləri Rusiya tərəfindən dəstəklənir, 2015-ci ildə Rusiyada qəbul olunmuş vətənpərvər təhsil proqramını həyata keçirir.

Elə həmin il özünü “Luqansk Xalq Respublikası” adlandıran qurum bütün səviyyələrdəki təhsil qurumlarından, hətta ailələrdən uşaqların şüurunu erkən yaşlarından “formalaşdırmağı” tələb etməyə başlayıb. Rəsmilər strateji hədəflərini açıq ortaya qoyurlar: gənclər “dövlətin möhkəmləndirilməsində və onun vacib maraqlarının təminatında özlərini ifadə etməlidirlər”.

“Donetsk Xalq Respublikası” adlı separatçı qurum da oxşar planı 2017-ci ildə imzalayıb. Bu qurumlarda, eləcə də Krımda məktəblilər üçün “vətənpərvər tərbiyə saatları”nın adi hal aldığı bildirilir.

XS
SM
MD
LG