Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:36

Papa Francis Balkan səfərini yekunlaşdırır


Papa Francis Bolqarıstan paytaxtı Sofiyada, 5 may, 2019-cu il

Papa Francis mayın 7-də Şimali Makedoniyaya səfər edəcək və üçgünlük Balkan səfirini yekunlaşdıracaq. Francis-in ilk baş çəkdiyi Bolqarıstan kimi Şimali Makedoniya da əsasən pravoslav xristian ölkəsidir.

Bu ölkədə 15 minədək katolik və etnik alban müsəlmanların böyük icması yaşayır, onlar əhalinin dörddə birini təşkil edir.

Francis paytaxt Skopyedə Şimali Makedoniya prezidenti və baş naziri tərəfindən qarşılanacaq, daha sonra şəhərin əsas meydanında dini ayin keçirəcək.

Səfərdən öncə Francis Şimali Makedoniyada mədəniyyətlərin, dinlərin və etnik icmaların qaynayıb-qarışmasını alqışlayıb, bu ölkəyə həmrəyliyin “bu toxumlarını əkmək” üçün getdiyini deyib.

İki gün öncə Şimali Makedoniyada prezident seçkisinin ikinci turunda Stevo Pendarovski qalib gəlib. Bir neçə ay öncə isə ölkə qonşu Yunanıstanla on illər boyunca davam edən mübahisəsini yoluna qoyub, adını dəyişib.

XS
SM
MD
LG