Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:00

Bəzi yerlərdə leysan, dolu gözlənir


Yağış

Mayın 7-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı, cənub küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər bölgələrində də mayın 7-də bir elə yağıntı gözlənmir, lakin bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Yağıntının ayrı-ayrı yerlərdə leysana keçəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG