Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Pompeo-dan Arktika ölkələrinə xəbərdarlıq


Mike Pompeo

Birləşmiş Ştatlar Arktik regionda iştirakını Rusiya və Çinin “aqressiv” davranışını nəzarətdə saxlamaq üçün gücləndirir. Bunu ABŞ-ın Dövlət katibi Mike Pompeo deyir.

“Bu region güc və rəqabət arenasına çevrilib. Arktikanın səkkiz ölkəsi bu yeni gələcəyə uyğunlaşmalıdır”, – Pompeo mayın 6-da Finlandiyada Arktika Şurasının xarici işlər nazirlərinin toplantısından öncə deyib. ​

“Arktikanın ayaq dəyməyən yer olması onun qanunsuzluq məkanına çevrilməsi anlamına gəlmir. Belə bir durumun baş verməməsini təmin etməyə hazırıq”, – Pompeo vurğulayıb.

O, Birləşmiş Ştatların təhlükəsizliklə bağlı iştirakını “hərbi təlimlər keçirmək, qüvvəmizi artırmaq, buzqıran donanmanı bərpa etmək, Sahil Mühafizəsinə maliyyəni genişləndirməklə” gerçəkləşdirəcəyini söyləyib.

Pompeo Çinlə bağlı da sərt sözlər işlədib, bu ölkənin özünə qütb regionda infrastruktur layihələri və kommersiya sərmayələri ilə yer etmək cəhdlərinin yaxından izlənməli olduğunu deyib.

“Çinin digər yerlərdəki aqressiv davranışı onun Arktik regionda özünü necə aparacağı barədə ipucu verir”, – dövlət katibi deyib.

***

Arktika ölkələri Finlandiyaya yığışır

Birləşmiş Ştatlar və Rusiya daxil olmaqla Şimal Buzlu okeanı ölkələri mayın 6-da Finlandiyada ikigünlük toplantıya yığışıb. Onlar qlobal istiləşmə və qütb regionunun mineral sərvətinə çıxışı müzakirə edirlər.

Arktikada buzun əriməsi planetin kəşf olunmamış neft, qaz, sink, dəmir depozitlərini üzə çıxarır. Həm sərhəd, həm də Çin kimi dünya gücləri bu regiona tələsərək burada ərazi ələ keçirməyə çalışırlar.

Pentaqon mayın 2-də Arktikada Çin sualtı qayıqlarının riskindən dolayı xəbərdarlıq edib. Buzların əriməsi gəmiçilik xətlərini də açmaqdadır.

ABŞ Dövlət katibi Mike Pompeo mayın 6-da toplantıda çıxış etməlidir. O, Arktika siyasətinin formalaşmasında Çinin rolunu rədd edib.

Vaşinqton və Moskvanın bildirməsinə görə, Pompeo rusiyalı həmkarı Sergei Lavrovla Arktika Şurası çərçivəsində “bir sıra məsələləri”, o cümlədən Venesueladakı siyasi böhranı müzakirə edəcəklər.

Arktika Şurasına Birləşmiş Ştatlar, Kanada, Rusiya, Finlandiya, Norveç, Danimarka və İslandiya daxildir, regionun azsaylı xalqları da təmsil olunur.

Çinin 2013-cü ildən Şurada müşahidəçi statusu var.

XS
SM
MD
LG