Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:30

Orucluq başlayıb


Quran

Azərbaycanda hicri qəməri təqviminin 9-cu ayı olan Ramazan (Orucluq) başlayıb. Miladi təqvimi ilə mayın 6-sı Ramazan ayının ilk gündür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqlamasına görə, mayın 5-dən 6-na keçən gecə, niyyət gecəsi idi, bu gün, mayın 6-ı isə artıq Ramazan ayının birinci günü başlayıb.

Orucluğun başa çatması, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən, iyunun 5-nə təsadüf edəcəyi gözlənir.

Orucun mühüm əməllərindən biri olan fitrə verilməsi Ramazan ayının son günüdür.

İslam dininə görə, hər bir müsəlman fitrə verməlidir. QMİ açıqlamasına görə, bu adambaşına təqribən 5-10 manat edir.

Xatırlatma

İslam dininə görə, «Qurani-Kərim» Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. «Qurani-Kərim»də həmin ayda oruc tutmaq vacib sayılır. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

Multimedia

XS
SM
MD
LG