Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Qaz limitindәn şikayәtlәr var, “Azәriqaz” “proses bitmәyib” deyir


Qaz peçi, Sumqayıt

Mayın 1-dәn Tarif (qiymәt) Şurasının qәrarı ilә qazın aşağı qiymətlə illik istehlak limitinin artırılmasına baxmayaraq, buna әmәl olunmadığna dair şikayətlər var.

Bu barәdә AzadlıqRadiosuna Bakının müxtәlif rayonlarından bir neçə şəxs şikayәtini çatdırıb.

Onlardan adının qeyd olunmasını istәmәyәn şikayәtçilәrdәn biri söyləyib ki, bu gün, mayın 4-ü qaz kartına 20 manat yükləyib. “ Amma karta cәmi 100 kubmetr qaz yüklәndi. Yәni, qazın 1 kubmetri 20 qәpikdәn hesablandı. Belә çıxır ki, limit artırılmayıb vә hesablama köhnә qaydalarla aparılır”, - şikayәtçi vurğulayıb.

Eyni şikayəti daha bir neçə şəxs də dilə gətirib.Onların da deməsinə görə, aşağı qiymətlə yeni limiti işlətməsələr də, karta qaz yükləyəndə, onun bir kubmetri 20 qəpikdən hesablanıb

“Azәriqaz” İstehsalat Birliyinin (İB) mәtbuat xidmәtinin rәhbәri İbrahim Kәrbәlayev “Turan” agentliyinə bildirib ki, qazın istehlak limitinin artırılma prosesi mayın 1-dәn start götürüb vә ayın 10-a qәdәr davam edәcәk. “Ayın 10-u proses bitәcәk vә bütün abunәçilәrin illik qaz istehlak limiti 500 kubmetr artacaq”, - “Azәriqaz” İB-nin sözçüsü qeyd edib.

Xatırlatma

Aprelin 30-u Tarif Şurası qazın aşağı qiymətlə illik istehlak hәcmini 1700 kubmetrdən 2200 kubmertə qәdәr artırıb.Tarif Şurası 2016-cı ildə verdiyi qərarla qazın aşağı qiymətlə illik istehlak hәcmi ilə bağlı limit tədbiq etmişdi. 1700 kibmertə qədər qazın qiyməti dəyişdirilmədən 10 qəpik saxlanmışdı.İl ərzində bu limiti keçən abonetlər isə qazın 1 kubmertinə görə, 20 qəpik ödəməli olurdular. Bu il aprelin 30-da isə qurum qazın aşağı tariflә illik istehlak hәcmini 500 kibmert artırmışdı.Qərarın mayın 1-dən qüvvədə olunacağı açıqlanmışdı.

Multimedia

XS
SM
MD
LG