Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 17:49

Bəzi əlillər təhsil xərcindən azad edildi


İ.Əliyev

Bu gün, mayın 3-də prezident İlham Əliyev I, II dərəcəli əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrində təhsil alanlara şamil ediləcək. Habelə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan qeyd edilən kateqoriyalar üzrə şəxslər 2019/2020-ci tədris ilindən bu sərəncamdan yararlana biləcəklər.

Xatırlatma

Yaxın dövrə qədər Azərbaycan ali məktəblərindəki yerlərin təqribən 70 faizi ödənişli əsaslarla tutulub. Bu ildən Azərbaycan hökuməti ali məktəblərdə ödənişsiz əsaslarla oxuyanların sayının artırılması istiqamətində tədbirlərə başlayıblar.

Multimedia

XS
SM
MD
LG