Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:28

Loya Jirqa atəşkəsə çağırır


Loya Jirqanın son günü

Əfqanıstanın Loya Jirqası, Böyük Məclisi mayın 3-də Kabildə işini yekunlaşdırıb. Ölkənin aparıcı siyasətçiləri, tayfa, etnik və dini liderləri ölkədə 20 ilə yaxındır davam edən münaqişəni dərhal bitirməyə çağırıblar.

Təxminən 3 min 200 təmsilçinin qatıldığı məclisə görə paytaxtda dörd gün idi sərt təhlükəsizlik tədbirləri görülmüşdü. Onlar onlarla komitə halında bir araya gəlmişdilər.

Əfqanıstanın “RTA World” telekanalı bildirir ki, Loya Jirqa məhbus mübadiləsinə, ölkədə Talibanın ofisini açmağa çağırıb.

Prezident Ashraf Ghani Loya Jirqanın atəşkəs çağırışına cavabında deyib ki, atəşkəslə bağlı “ədalətli və legitim tələbi yerinə yetirməyə hazırdır”, ancaq atəşkəs “birtərəfli ola bilməz”. Açıqlamanı “Frans Pres” agentliyi yayıb.

Loya Jirqa bildirib ki, Kabil hökuməti sülh prosesində, beynəlxalq ictimaiyyətin koordinasiyası ilə mərkəzi rol oynamalıdır. Böyük Məclis qadınların hüquqları daxil olmaqla, insan haqlarının qorunmalı olduğunu vurğulayıb.

Talibanla ABŞ hökuməti son aylar sülh danışıqlarını intensivləşdirib. Ancaq Taliban Əfqanıstan hökuməti ilə danışıqlara getmir, onu qərbin “oyuncağı” adlandırır.

XS
SM
MD
LG