Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Facebook ifrat-sağçılara qadağa qoyur


(soldan sağa) britaniyalı çağırışçı Milo Yiannopoulos, Alex Jones və Louis Farrakhan
(soldan sağa) britaniyalı çağırışçı Milo Yiannopoulos, Alex Jones və Louis Farrakhan

Facebook sosial şəbəkəsi Birləşmiş Ştatlar bir sıra ifrat-sağçı siyasi fiqurların səhifələrini bağlayıb. Sosial şəbəkə məlumatı mayın 2-də açıqlayıb.

Səhifələri bağlananlar sırasında Alex Jones və onun adətən konspirologiya nəzəriyyələri yayan Infowars vebsaytı var.

Facebook ağdərili irqçi Paul Nehlen-ə qadağa qoyduğunu açıqlayıb. O, 2018-ci ildə konqres seçkilərinə qatılmışdı. Ondan başqa, İslam Millətinin lideri, qaradərili separatçılığı təbliğ edən, yəhudiləri “ağ qarışqalar” adlandıran Louis Farrakhan-ın da səhifəsini bağlayıb.

Şirkət həm əsas şəbəkəsində, həm də Instagram foto-paylaşım əlavəsində yasaqlanmış fərdlərə bağlı hesabları, səhifələri, qrupları siləcəyini bəyan edib.

Jones mayın 2-də Infowars vebsaytında canlı yayımda qəzəbli danışıb.“Onlar təkcə mənə qadağa qoymadılar. Onlar bizi şərlədilər. Zuckerberg bunu niyə elədi?” – deyə Jones Facebook rəhbəri Mark Zuckerberg-ə müraciət edib.

Facebook-un Kaliforniyadakı qərargahı
Facebook-un Kaliforniyadakı qərargahı

Mövcud siyasətin tətbiqi?

“The Associated Press” yazır ki, bu addım sosial medianın nifrət, irqçilik, antisemitizm yayan adamlardan və qruplardan arınmaq cəhdidir. Tənqidçilər bu addımı alqışlasalar da, hələ çox iş görülməli olduğunu deyirlər.

“Bilirik ki, hər iki platformada fəal şəkildə nifrət və fanatizm yayan ağdərili irqçilər və digər ekstremist fiqurlar var”, – ABŞ-da nifrət qruplarını izləyən Cənubi Yoxsulluq Hüquq Mərkəzinin aparıcı təhlilçisi Keegan Hankes deyib.

Facebook-un keçmiş rəsmisi, Harvardda internet siyasəti eksperti kimi çalışan Dipayan Ghosh deyib ki, bu qadağa heç də Facebook-un təqdim etdiyi kimi böyük addım deyil, sosial şəbəkə sadəcə, mövcud siyasətini tətbiq edir.

Facebook bildirir ki, yenicə qadağan olunmuş hesablarda sosial şəbəkənin təhlükəli fərdlər və təşkilatlara qarşı siyasəti pozulub. Şirkət zorakı və nifrət missiyası gerçəkləşdirən fərdləri və qrupları daim yasaqladığını bildirib.

Bir neçə ildir sosial media şirkətləri vətəndaş cəmiyyəti qrupları və fəalların təzyiqi altındadır, onların nifrət yayan çıxışlarla mübarizə aparması tələb olunur.

2017-ci ildə Virciniyada ağdərili millətçilərin etirazlarından sonra Google, Facebook və PayPal ekstremist qrupları, özünü ağdərili irqçi kimi təqdim edən, yaxud onları dəstəkləyən fərdləri kənarlaşdırmağa başladı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG