Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 14:09

'Qırmızı Körpü'də problem yaşanıb


Azərbaycan-Gürcüstan sərhədi

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstan sərhədində yaranan problemlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, mayın 2-də saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən «Qırmızı Körpü» gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb: «Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olmuşdu. Mayın 2-si saat 23:30-da baş verən nasazlıq aradan qaldırılıb, şəxslərin və nəqliyyat vasitələrinin keçidi tam bərpa olunub. Hal-hazırda «Qırmızı Körpü» gömrük postu normal iş rejimində fəaliyyət göstərir».

Xatırlatma

Bundan əvvəl ayrı-ayrı vaxtlarda «Qırmızı Körpü» gömrük postunda nəqliyyat vasitələrinin və insanların uzun növbələrinin yaranması ilə də bağlı şikayətlər eşidilib. Vətəndaşlar, əsasən, bunu Azərbaycan tərəfində bürokratik maneələrlə izah ediblər. Hərçənd, Azərbaycan gömrükçüləri bununla bağlı tənqidləri qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG