Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:54

Türkiyə İran neftindən əl çəkməyin asan olmadığını deyir


Arxiv fotosu
Arxiv fotosu

Türkiyə Birləşmiş Ştatlar İrandan neft alışına möhləti qaldırınca neft idxalını tezliklə diversifikasiya edə bilməyəcəyini deyir. Ankara Vaşinqtonu qərarına yenidən baxmağa çağırıb.

“Qısa müddət ərzində bizim idxal etdiyimiz neftin mənbələrini şaxələndirmək mümkün görünmür”, – Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu mayın 2-də jurnalistlərə deyib.

Türkiyə İrandan adətən günə bir milyon barrel neft alırdı, ötən il bu asılılığı azaldıb. Ancaq Ankara bildirir ki, emal zavodları bəzi ölkələrdən neft almağa hazır deyil.

“Üçüncü ölkələrdən neft almaq üçün texnologiyamızı yeniləməliyik. Bu, emal zavodlarının bir müddət bağlı qalması deməkdir. Bunun, əlbəttə ki, xərci çıxacaq”, – nazir deyib.

Mevlut Cavusoglu (sağda) iranlı həmkarı Mohammad Javad Zarif ilə Ankarada mətbuat konfransında, 17 aprel, 2019-cu il
Mevlut Cavusoglu (sağda) iranlı həmkarı Mohammad Javad Zarif ilə Ankarada mətbuat konfransında, 17 aprel, 2019-cu il

“Vaşinqtonu inandırmağa çalışırıq”

Bu bəyanatdan bir gün öncə Birləşmiş Ştatlar beynəlxalq alıcılara bildirib ki, ya neft alışını dayandırsınlar, ya da sanksiyalarla üzləşəcəklər. İrandan neft alan səkkiz ölkəyə sanksiyalardan verilmiş altı ayıq möhlət bu gündən bitir və daha uzadılmayacaq.

Vaşinqton ölkələri alternativ mənbələr tapmağa həvəsləndirir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqlərini potensial qıtlığı doldurmaqdan ötrü daha çox neft ixrac etməyə çağırıb. Məqsəd həm də qiymətin bahalanmasını önləməkdir.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy aprelin 26-da bildirib ki, Türkiyə Vaşinqtonu dilə tutmağa çalışır ki, Tupras emal zavodunun İrandan idxalı davam etdirməsinə icazə versin.

“Tuprasdakı emal zavodlarının xüsusiyyətləri İran neftinə uyğundur. Birləşmiş Ştatları inandırmağa çalışırıq”, – Aksoy deyib.

Hələlik, yalnız Türkiyə və Çin İrandan neft almağa davam etmək istədiklərini deyiblər. Hindistan, Yaponiya, Cənubi Koreya ABŞ-ın tələblərinə əməl edəcəklərini bildiriblər.

Çin ötən ay bəyan etdi ki, “Birləşmiş Ştatların gerçəkləşdirdiyi uzunqollu yurisdiksiyalara qarşıdır” və İranla “rasional və hüquqi” əməkdaşlığı davam etdirəcək.

Birləşmiş Ştatlar İranın neft ixracını sıfıra endirmək istədiyini deyir. Niyyətini isə Tehrana regiondakı “ziyanlı” fəaliyyətinə görə təzyiqi artırmaq olduğunu bildirir. Vaşinqton Tehranın ekstremistlərə dəstək verdiyini, nüvə silahı hazırlamağa çalışdığını deyir, Tehran isə ittihamları rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG