Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

Dünyada antisemit hücumlar artır – Qərb mediası


Parisdə antisemitizmə etiraz aksiyası, 19 fevral, 2019-cu il
Parisdə antisemitizmə etiraz aksiyası, 19 fevral, 2019-cu il

Ötən il dünyada antisemit hücumlar bir il öncəylə müqayisədə 13 faiz yüksəlib. İnsidentlərin çoxu isə Qərbin böyük demokratiyalarında – Birləşmiş Ştatlar, Fransa, Britaniya və Almaniyada baş verib.

Təl Əviv Universitetinin Kantor Mərkəzi mayın 1-də açıqladığı illik hesabatda bildirir ki, bir çox hücumların arxasında ifrat sağçı və ifrat solçu fəallar, islamçılar dayanır. Antisemitizmin ənənəvi bir hala çevrilməsinə də dəlilin olduğu bildirilir.

“Antisemitizmi daha ifrat solçu, ifrat sağçı və radikal islamçı üçbucağının adına yazmaq olmaz. Bu, adi hala, həyatımızın tərkib hissəsinə çevrilməyə başlayıb”, – hesabatda vurğulanır.

Aprelin 27-də hücuma məruz qalmış sinaqoqun ravvini Yisroel Goldstein (sağdan ikinci) də əlindən yaralanıb
Aprelin 27-də hücuma məruz qalmış sinaqoqun ravvini Yisroel Goldstein (sağdan ikinci) də əlindən yaralanıb

Ötən il dünyada baş vermiş 387 antisemit hücumları sadalanır. Səbəblər kimi isə Avropa və başqa yerlərdə kütləvi immiqrasiya, iqtisadi çətinliklərdən dolayı qorxunun artması, İsrailin fələstinlilərlə bağlı siyasətinə müxalif mövqe göstərilir.

Ümumi statistikaya silahla, yaxud silahsız hücumlar, vandalizm, yəhudilərə, sinaqoqlara, digər yəhudi qurumlarına birbaşa təhdidlər daxildir. Birləşmiş Ştatlarda 100-dən artıq insident baş verib.

Zelenskiy-nin həyat yoldaşı Krımda mənzili neçəyə alıb

Ukraynanın yeni seçilmiş prezidenti Volodymyr Zelenskiy-nin həyat yoldaşı Krımda mənzili bazar qiymətinə alıb. Bunu Zelenskiy-nin mətbuat xidmətindən “Reuters” agentliyinin araşdırmasına cavab olaraq bildiriblər.

Ukrayna patriarxı Filaret və Volodymyr Zelenskiy
Ukrayna patriarxı Filaret və Volodymyr Zelenskiy

“Yelena Zelenskaya Krımda daşınmaz əmlakı 2013-cü ilin mayında, Krımın qanunsuz ilhaqından əvvəl, Ukrayna qanunvericiliyinə uyğun şəkildə alıb. Daşınmaz əmlak bazar qiymətinə uyğun alınıb. Ukraynada bütün məcburi vergilər və rüsumlar da ödənilib”, – mətbuat xidməti bildirib.

Məlumatda həmçinin vurğulanır ki, ailə Krımın qanunsuz ilhaqından dolayı mənzildən istifadə etməyib və “Krım Ukraynaya qaytarılanadək” bunu etməyəcək.

Yeni prezidentin qərargahı “Reuters”in məqaləsini “növbəti uydurulmuş sensasiya” adlandırıb, mənzilin qiymətini şərh etməyib.

“Reuters” yazırdı ki, Zelenskiy-nin həyat yoldaşı Krımda bazar dəyərinin yarı qiymətinə penthaus əldə edib. Mənzilə görə 164 min dollar (kvadrat metrinə 1200 dollara yaxın) ödəndiyi bildirilirdi. Məqalədə iddia olunurdu ki, o zaman belə mənzilərin kvadrat metrinin qiyməti 2,8-4 min dollar olub.

Robert Mueller-in hesabatı
Robert Mueller-in hesabatı

Mueller-in hesabatı bestsellerə çevrilib

ABŞ-a Xüsusi prokuror Robert Mueller-in Rusiya hesabatının çap olunmuş versiyası bestseller kimi ölkənin sənədli və elmi kitablar siyahısına düşüb.

NPD BookScan mayın 1-də bildirib ki, Mueller hesabatının ilk həftə ərzində 40 min nüsxəsi sayılıb. Bu, istənilən başqa sənədli ədəbiyyatdan çoxdur.

Hesabat kitab halında Scribner və “The Washington Post”un redaktəsi ilə çıxıb. “The New York Times”ın mayın 12-də çıxacaq çap və elektron kitab bestseller siyahısının isə başında duracağı gözlənir.

HesabatınSkyhorse və Melville House tərəfində çap olunmuş başqa bir versiyası NPD BookScan siyahısında daha aşağı yerdədir.

Audio-kitabların siyahısını hazırlayan Audible.com saytında Mueller Hesabatı ikinci yerdədir. Birinci yerdə "II Yelizaveta: Monarxın Həyatı" kitabıdır.

Mueller Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləsini və Prezident Donald Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmiləri arasında mümkün əlaqələri araşdırırdı.

Hesabat Ədliyyə Departamentinə martın 22-də təqdim olunub. Çap olunmuş kitab isə hesabatın redaktə olunmuş versiyasıdır, bəzi elementlər Ədliyyə Departamenti tərəfindən silinib.

XS
SM
MD
LG