Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:00

İsraildə Holokostu anım günüdür


Treblinka nasist düşərgəsində həlak olmuş makedoniyalı yəhudilər

İsraildə 24 saatlıq Holoskostu Anım Günü başlanıb, 2-ci Dünya Müharibəsi dövründə nasistlərin 6 milyon yəhudini qətlə yetirməsini yad olunur.

Anım mayın 1-də günbatanda Yerusəlimdəki Yad Vashem Holokost memorialında əsas mərasimlə başlanıb.

Bu arada dünyada dini məkanlara hücumlar artmaqdadır. Aprelin 27-də Kaliforniyada sinaqoqa hücumda bir nəfər öldürülüb, üç nəfər yaralanıb. Müsəlman, xristian, digər dini məkanlar da hücum hədəflərinə çevrilirlər.

Baş nazir Benjamin Netanyahu Kaliforniya sinaqoqundakı atışmanı dünyada artan antisemitizmə son nümunə adlandırıb.

Netanyahu bəzi Şərqi Avropanın bəzi liderlərinə qucaq acdığı üçün tənqid olunur. Həmin liderlər İsrailə güclü siyasi dəstək verirlər, amma Holokostun təhrif olunmuş imicini təbliğ edirlər.

İsrail Prezidenti Reuven Rivlin Avropada antisemitizmin yüksəlməsilə bağlı xəbərdarlıq edib. O, hökuməti Avropanın ifrat-sağçı partiyaları ilə alyans yaradarkən ehtiyatlı olmağa çağırıb.

“Antisemitizm və irqçilik dillərinin, miraslarının, ideologiyalarının bir hissəsi olan siyasi qüvvələr heç vaxt bizim müttəfiqlərimiz ola bilməzlər”, – Rivlin vurğulayıb.

Holokostu Anım Günündə ölkədə əyləncə yerləri, kafelər bağlanır, televiziya və radio stansiyalar Holokostla bağlı sənədli filmlər göstərir, faciədən salamat çıxanlardan müsahibələr alır.

XS
SM
MD
LG