Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:52

7-10 dini kollecin açılması gözlənir


Təzəpir Məscidi

«Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində kolleclərin (mədrəsə) yaradılması məsələsi nəzərdə tutulur. Amma, hələlik, bu istiqamətdə fəaliyyət yoxdur».

Bunu QMİ sədrinin müavini Fuad Nurullayev bildirib. O deyib ki, dini təhsil müəssisələrinin 2 və ya 4 illik olması nəzərdə tutulur. Amma, hələlik, bu kolleclərin nə vaxt fəaliyyətə başlayacağı bəlli deyil: «Burada mədrəsinin fəaliyyəti üçün texniki məsələdən tutmuş, idarəetməyə kimi məsələlər var. Onlar həllini tapandan sonra mədrəsələrin fəaliyyətə başlamaları mümkün ola bilər. Bu məsələ, hələ ki, müzakirə səviyyəsindədir».

Onların sayına gəlincə, F.Nurullayev deyir ki, 7-10 kollec açılması gözlənir.

Sədr müavininin sözlərinə görə, hazırda şagirdlərdən ötrü QMİ-nin tabeliyindəki məscidlərin nəzdində 100-dən çox dini kurslar təşkil edilib: «Şagirdlər yalnız kurslarda valideynlərinin razılığı əsasında təhsil ala bilirlər. Eyni zamanda, tələbələrin dini tədris müəssisələrində təhsil alması mexanizmi tənzimlənəcək. Orta və ali məktəbdə oxuyanlar yalnız orada dərs saatları bitəndən sonra kursa, kolleclərə gələ biləcək. Yəni, orta məktəbdə və yaxud universitetdə günün birinci yarısında oxuyan tələbənin kollecdə, şagirdin isə dini kursda təhsil almasına günün ikinci yarısında icazə veriləcək. Hətta, oğlanların hərbi xidmətini başa vurduqdan sonra da dini kolleclərdə təhsil almasına şərait yaradılacaq».

Xatırlatma

Azərbaycanda iki ali dini məktəb var. Qafqaz Müsəlmanları İdarəsi yanında Bakı İslam Universiteti və yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutu.

Ölkədə bir neçə dini mədrəsənin də fəaliyyət göstərdiyi, amma onların bəzilərinin qeydiyyata alınmadığı bildirilir.

Son günlər isə orta və ali məktəblərdə də dini bilgilərin tədrisi ilə bağlı müzakirələr gedir.

Multimedia

XS
SM
MD
LG