Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Uşaq qidasının morqda saxlandığını aşkarlayan deputatın mandatı alınıb


Arxiv fotosu
Arxiv fotosu

Rusiyanın Xantı-Mansiysk muxtar mahalının Yuqorsk şəhərinin deputatı Anton Pantin səlahiyyətindən məhrum edilib. O, yerli morqda uşaq qidasının saxlanması barədə məlumat yaymışdı.

Şəhər meriyasının daxili siyasət və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aleksei Shibanov Facebook səhifəsində yazıb ki, aprelin 30-da şəhər dumasının iclasında deputatlar Anton Pantinin səlahiyyətinə dərhal xitam verilməsinə qərar çıxarıblar. Səbəb inamın itirilməsi göstərilib.

Qərar yekdilliklə qəbul olunub. Pantinə qarşı iddianın 2017-ci ildə mülkiyyət və gəlirləri barədə deklarasiyası ilə bağlı olduğu bildirilir.

Hakimiyyətin tənqidçisini kənarlaşdırmaq...

Pantin isə hesab edir ki, onu aktiv müxalifət fəaliyyətinə görə deputat mandatından məhrum ediblər. O iclasdan öncə “VKontakte” sosial şəbəkəsində mandatının alınacağı barədə yazmışdı.

Yerli deputatların demək olar hamısı mənim fəaliyyətimdən incikdir, çünki çoxuna qarşı ifşaedici məqalələr, araşdırmalar olub. Motiv – şəxsi inciklikdir. Məqsəd – hakimiyyətin yeganə kəskin tənqidçisini kənarlaşdırmaqdır”, – o yazıb.

Pantin martın 25-də Facebook-da yazıb ki, şəhər xəstəxanasının morqunda vaxtı keçmiş uşaq qidası anbarı tapılıb. Həmin qidanın istifadə müddəti 2018-ci ilin sentyabr-oktyabr aylarında bitib. Deputat hesab edir ki, istifadə vaxtı bitməkdə olan qida büdcə vəsaiti hesabına alınıb və burada korrupsiya sxemi ola bilər. Onun bəyanatı ilə əlaqədar iqtisadi cinayətlərlə mübarizə idarəsinin əməkdaşları axtarış aparıblar.

Aprelin əvvəlində isə regional səhiyyə departamenti məlumat yayıb ki, Yuqorskda uşaq qidasının alınması və saxlanma şəraiti yoxlanılıb. Yoxlamanın nəticəsinə uyğun olaraq, xəstəxananın altı əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG