Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:56

Bakıda 500 lift quraşdırılacaq


Lift

2019-cu ilin sonuna kimi Bakıda 541 liftin quraşdırılması nəzərdə tutulur.

Bunu Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildiriblər.

Verilən məlumata görə, növbəti mərhələdə isə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yeni liftlər quraşdırılacaq.

Qurumdan bildirilib ki, bir liftin qiyməti 12 min 900 ABŞ dolları təşkil edir.

BŞİH-dən qeyd ediblər ki, hazırda Bakının Nizami rayonunda bəzi binalara yeni liftlər quraşdırılır.

Qurumdan vurğulanmasına görə, bu işdə Almaniyanın «Wittur Holding GMBH» şirkəti ilə danışıqlar aparılıb və artıq müqavilə imzalanmasına hazırlıq işləri başa çatıb: ​«Liftlərin bir hissəsi Bakıya gətirilib və Nizami rayonu, Qara Qarayev prospekti-47 ünvanında yerləşən 10-bloklu, 9-mərtəbəli yaşayış binasında birinci liftin quraşdırılması həyata keçirilib».

Xatırlatma

Son illər Bakıda liftlərin işləməməsi və keyfiyyətsiz olması ilə bağlı müxtəlif şikayətlər səslənirdi. Üstəlik, bəzi ekspertlər hesab edirdilər ki, yeni liftlərin quraşdırılmasında şəffaflıq yoxdur.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bu günlərdə bildirmişdi ki, bu sahədə şəffaflıq təmin ediləcək, quraşdırılan liftlərin də qiymətləri açıqlanacaq.

Multimedia

XS
SM
MD
LG