Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:20

Assange 50 həftəlik həbsə məhkum olundu


Julian Assange

Wikileaks saytının yaradıcısı Julian Assange mayın 1-də London məhkəməsinin qərarıyla 50 həftəlik həbsə məhkum edilib. O, zaminlik qaydalarını pozmaqda təqsirli bilinib.

Assange yeddi il öncə Ekvador səfirliyinə girməklə zaminlik qaydasını pozub. O, ötən ay səfirlikdən çıxarılıb.

Birləşmiş Ştatlar isə onu ən böyük məxfi informasiya sızmasında ittiham edir.

Hakim Deborah Taylor deyib ki, Assange imtiyazlı mövqeyindən sui-istifadə edərək qanuna sayqısızlıq göstərib, Britaniya ədalət mühakiməsinə xor yanaşıb.

Assange tərəfdarları deyirlər ki, Ekvador Vaşinqtonun tələbiylə ona xəyanət edib, sığınacağın ləğvi qanunsuzdur və bu, mətbuat azadlığı üçün qara dönəmdir. ƏTRAFLI

İndi Britaniya Assange-nı Birləşmiş Ştatlara təhvil vermək məsələsinə baxmalıdır. Məxfi informasiya sızmasında təqsirli bilinərsə, onu beş ilədək həbs cəzası gözləyir.

XS
SM
MD
LG