Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 11:05

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb


Z.Həsənov

Mayın 1-də İstanbulda səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan ordusu və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.

Xatırlatma

Aprelin 29-da Azərbaycan müdafiə naziri Z.Həsənov İstanbul şəhərində təşkil edilən IDEF-2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə Türkiyə Respublikasına gedib. Aprelin 30-da açılan sərgi mayın 3-də başa çatmalıdır.

Multimedia

XS
SM
MD
LG