Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:28

Azərbaycan-Türkiyə taktiki təlimi başlayıb


Təlimlər

Bu gün, mayın 1-də «Mustafa Kamal Atatürk-2019» Azərbaycan-Türkiyə birgə taktiki təlimi başlayıb.

Təlim Azərbaycanda təşkil edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, təlimdə əsas məqsəd qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması, Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Birgə təlimə iki ölkə ordularının zirehli texnikası, artilleriya qurğuları, Hərbi Hava Qüvvələrinin helikopterləri və zenit-raket bölmələri cəlb edilib.

Təlim mayın 3-də başa çatacaq.

Mustafa Kamal Atatürk 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinin banisi sayılır. Təlim onun adını daşıyır.

Multimedia

XS
SM
MD
LG