Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 11:09

ABŞ təmsilçisi Təhlükəsizlik Şurasında İrandan danışacaq


Brian Hook

Birləşmiş Ştatların İran üzrə xüsusi təmsilçisi BMT-nin Təhlükəsizlik Şurasında İran siyasətindən daşınacaq.

Dövlət Departamenti Brian Hook-un iclasda iştirak üçün aprelin 30-da və mayın 1-də Nyu Yorkda olacağını bildirib.

“O, ballistik raketlərin hazırlanması və sınaqdan keçirilməsi üzrə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığına görə İranın məsuliyyət daşımalı olmasının vacibliyini qeyd edəcək”, – bəyanatda vurğulanır.

Donald Trump 2017-ci ilin yanvarından prezidentliyə keçəndən Vaşinqton İranla bağlı mövqeyini sərtləşdirib.

Trump ötən il ölkəsinin Tehranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Tehran nüvə proqramının dinc məqsəd daşıdığını deyir.

XS
SM
MD
LG