Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 17:22

Taliban- ABŞ danışıqlarının yeni raundu başlanır


Zalmay Khalilzad

ABŞ və Taliban qruplaşması təmsilçiləri Qətərdə Əfqanıstan müharibəsinin bitirilməsi üzrə danışıqları bərpa edəcəklər. Məlumatı Taliban yayıb.

Qruplaşmanın sözçüsü Zabihullah Mujahid deyib ki, birbaşa danışıqların altıncı raundu mayın 1-də Dohada başlanacaq. Talibanla Birləşmiş Ştatlar 2018-ci ilin oktyabrından danışıq aparır.

Vaşinqton bundan öncə bildirib ki, ABŞ-ın təmsilçisi Zalmay Khalilzad bu ay Taliban təmsilçiləri ilə görüşməkdən ötrü Qətərin paytaxtına baş çəkəcək.

Qruplaşma indiyədək Əfqanıstan hökuməti ilə danışıqlardan imtina edib, onu Qərbin oyuncağı adlandırıb. Taliban deyir ki, yalnız xarici qüvvələr ölkədən çıxarılandan sonra Kabillə danışıqlar başlana bilər.

Aprelin 28-də Kabilə səfər edən Khalilzad deyib ki, ölkədə sülhün bərqərar olmasından ötrü Taliban yollarını dəyişməli, atəşkəsə razılaşmalıdır.

“Əgər Taliban indiyədək istifadə etdiyi sistemə qayıtmaqda israr edəcəksə, şəxsi fikrimcə, bu, sülhün deyil, müharibənin davamı demək olacaq”, – Əfqanıstan doğumlu Khalilzad Tolo News özəl televiziyasına deyib.

Khalilzad aprelin 29-30-da İslamabadda olub, Pakistan rəhbərliyi ilə “əfqan sülh prosesində baş verənləri” müzakirə edib, bu məlumatı ABŞ-ın Pakistandakı səfirliyi yayıb.

XS
SM
MD
LG