Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:11

Pussy Riot qrupunun iki üzvü İsveçdə siyasi sığınacaq alıb


Moskvada Pussy Riot üzvlərinə dəstək aksiyaları, arxiv fotosu

İsveç Rusiyanın Pussy Riot pank qrupunun iki üzvünə siyasi sığınacaq verib.

Lusine DjanyanAleksei Knedlyakovsky iki övladları ilə birlikdə aprelin 30-da sığınacaq alıblar. İsveçin İmmiqrasiya İdarəsi 2017-ci ildə onların sığınacaq xahişini rədd etmişdi.

Cütlük etirazlarına, konsertlərdə antihökumət mahnılarına görə Rusiyada qısnama, ölüm təhdidləri ilə üzləşdiklərini deyirdilər.

“Rusiyada baş verənləri nəzərə alaraq övladlarımın təhlükəsizlik içində böyüyə biləcəyindən çox xoşbəxtəm”, – Djanyan qərar çıxandan sonra SVT televiziyasına deyib.

Knedlyakovsky 2016-cı ildə Rusiyada 15 günlük məhkum edilmişdi. Bu, Rusiyanın FSB təhlükəsizlik xidməti rəhbərinin heykəlinin üstünə xaç asmasından sonra baş vermişdi.

Pussy Riot 2012-ci ilin avqustunda məşhurlaşıb. O zaman qrupun üç üzvü “xuliqanlıq və dini nifrət”ə görə iki il həbs cəzasına məhkum edildi. Onlar Moskvanın mərkəzi kilsəsində Rusiya Prezidenti Vladimir Putini tənqid edən mahnı oxumuşdular.

Son illər qrupun etirazlarına saysız adam qatılır, ancaq çoxu kimliyini gizli saxlayır.

XS
SM
MD
LG