Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:40

45 min uşaq ‘dövlətsiz’ qalıb


İraqlı uşaqlar Novruz şənliyində
İraqlı uşaqlar Novruz şənliyində

İslam Dövləti (İŞİD) ekstremist qrupunun idarəçiliyi altında doğulmuş 45 minədək uşaq İraq cəmiyyətindən çıxdaş olunub. Çünki hakimiyyət onlara şəxsiyyət vəsiqəsi vermir. Bunu aprelin 30-da Norveç Qaçqın Şurası bildirib.

İŞİD İraqda nəzarətində olan əraziləri itirəndən sənədsiz uşaqların çoxu hazırda düşərgələrdə saxlanır. Şuranın baş katibi Jan Egeland həmin uşaqların “potensial qurulmuş insan bombası” olduğunu deyib.

“Bu uşaqları təhsil, tibbi xidmət, sadəcə yaşamaq hüququyla təmin etmək onların və ölkənin davamlı gələcəyinin təminatı üçün açardır”, – Egeland söyləyib.

Suriyada münaqişə bölgəsindən çıxarılan uşaqlar
Suriyada münaqişə bölgəsindən çıxarılan uşaqlar

Sənədsiz peyvənd də vurulmur

“Anadangəlmə Sədlər” adlı hesabatda deyilir ki, İraq hökuməti bu uşaqların doğum sertifikatını etibarsız sayır, çünki onları İŞİD verib.

Uşaqların çoxu 2013-2017-ci illərdə doğulub. O zaman ekstremist qrup İraqın təxminən üçdə birinə nəzarət edirdi. Digərləri münaqişədən canını qurtarmağa çalışarkən sənədlərini itirib.

Hesabatda bir səhiyyə rəsmisi deyir ki, etibarlı doğum şəhadətnaməsi olmasa, bəzi yerlərdə uşaqlara peyvənd vurulmur və bu da yoluxucu xəstəliklərin yayıla bilməsi sarıdan narahatlıq yaradır.

İraqda məktəbə getməkdən ötrü uşaqlara doğum şəhadətnaməsi lazımdır, elə məzun sertifikatını alanda da sənədləşmə tələb olunur.

Hesabata görə, bu uşaqlar yetkinlik yaşına çatandan sonra da rəsmi nikahsız, mülkiyyətsiz qalmaq, rəsmi işə götürülməmək riskiylə üzləşə bilərlər.

Norveç Qaçqın Şurası bildirir ki, İŞİD-lə əlaqədə ittiham olunan ailələrin uşaqlarının İraqda mülki sənədləşməyə nail olması demək olar mümkünsüzdür.

“Uşaqlar qohumlarının törətdiyi cinayətlərə görə məsuliyyət daşımırlar, ancaq yenə də İraq vətəndaşlarının təməl hüquqlarından məhrum olunurlar”, – Egeland vurğulayıb.

Təşkilat İraq hakimiyyətini çağırır ki, ölkənin bərpası yolunda vacib addım kimi “sənədsiz uşaqların istənilən iraqlı vətəndaş kimi yaşamaq hüququnu təmin etsin”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG