Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Amnesty İranda iki oğlanın gizlicə edam olunduğunu bildirir


İranlı qadın açıq edam yerindı ağlayır, arxiv fotosu
İranlı qadın açıq edam yerindı ağlayır, arxiv fotosu

Amnesty International insan haqları bildirir ki, İran rəsmiləri ölkənin cənubunda iki 17 yaşlı qohum oğlanları şallaqlayaraq gizlicə edam etdirib.

Xalauşağı olan Mehdi Sohrabifar Amin Sedaghat-ın aprelin 25-də cənubi Fars vilayətinin paytaxtı Şirazdakı Adelabad həbsxanasında edam olunduğu bildirilir. Onlar 15 yaşında ikən saxlanıblar və çoxsaylı zorlamada təqsirli biliniblər. Beynəlxalq insan haqları təşkilatları isə məhkəmənin ədalətsiz keçdiyini bildirib.

Philip Luther
Philip Luther

“İran hakimiyyəti bir daha sübut elədi ki...”

“İran hakimiyyəti bir daha sübut elədi ki, beynəlxalq hüququ biabırçı şəkildə gözardı edərək uşaqları ikrah doğuracaq şəkildə öldürməyə hazırdır”, – Amnesty-nin Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Philip Luther aprelin 29-da deyib.

“Onlar bu iki oğlanı iki il həbsdə saxlayıb, həyatlarının son anlarında onları şallaqlayıb və gizlicə edamı həyata keçirib”, – Luther vurğulayıb.

Oğlanlar 2017-ci ildə azyaşlılar üçün həbsxanada saxlanıblar. Aprelin 24-də isə Adelabad həbsxanasına köçürülüblər, burada ailələri ilə görüşmələrinə icazə verilib.

Ertəsi gün qohumlarına deyilib ki, oğlanlar edam olunublar və cəsədlərini götürə bilərlər.

Sohrabifar və Sedaghat həbs olunandan sonra polisdə döyüldüklərini iddia ediblər. O zaman onlar vəkillə təmin olunmayıblar.

Amnesty 1990-2018-ci illərdə İranda yaşı 18-dən az 97 nəfərin edam olunduğunu qeydə alıb.

Luther rəhbəri olduğu qurumun bir tendensiya müşahidə etdiyini bildirib – “İran hakimiyyəti azyaşlı qanun pozucularını gizlicə edam edir, ailələrinə xəbər vermir. Görünür, qlobal miqyasda qəzəb doğurmamaqdan ötrü qəsdən belə davranır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG