Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:49

Rusiyanın yeni ‘balina’ silahı


Ağ balinalar, arxiv fotosu
Ağ balinalar, arxiv fotosu

Norveçin dənizçilik ekspertləri deyirlər ki, təsadüfən rastlaşdıqları ağ balina Rusiya donanması tərəfindən təlim görüb və dəniz məməlilərindən xüsusi əməliyyat qüvvəsi kimi istifadə proqramına daxildir. Bu haqda “The Guardian” qəzetində Hannah Ellis-Petersen yazır.

Ötən həftə Norveçin kiçik balıqçı kəndi İnqada balıqçılar qəribə kəmərli ağ balinaya rastlayıblar və bu məməli onların xeyli “zəhləsini töküb”.

“Zəhlətökən” balina

“Elə tor atmağa hazırlaşırdıq ki, qayıqların arasında bir balinanın üzdüyünü gördük. Bizə yaxınlaşanda üzərində qoşquya bənzər bir şey sezdik”, – balıqçı Joar Hesten Norveçin NRK televiziyasına deyib.

Balina özünü qəribə aparıb, gəmiləri cidd-cəhdlə göz qoyub, qayıqların yanlarından ipləri qoparmağa çalışıb, üstəlik, belindəki kəmərin kamera, yaxud silah üçün nəzərdə tutulmaq ehtimalı dənizçilik ekspertlərində şübhələr yaradıb. Yəni, ehtimal olunur ki, qonşu Rusiya bu heyvana hərbi dərəcəli təlim keçib. Artıq balinanın üstündən çıxarılmış qoşquda isə “Sankt Peterburq avadanlığı” sözləri yazılıb.

Arxiv fotosu
Arxiv fotosu

Balıqçıların deməsinə görə, balina xeyli əhlil, insanlara öyrəşmiş kimi görünüb.

“Əgər bu balina Rusiyadan gəlibsə, – ki, buna inanmağa səbəb çoxdur, – onda bu, rusiyalı alimlərin deyil, donanmanın işidir”, – Norveçdəki Dəniz Araşdırmaları İnstitutundan Martin Biuw söyləyib.

Norveç Arktik Universitetindən Audun Rikardsen NRK-ya deyib ki, rusiyalı tədqiqatçılarla əlaqə saxlayıb, onlar sözügedən balinadan xəbərsiz olduqlarını deyiblər.

“Onlar mənə dedilər ki, bu, yəqin Murmanskdakı Rusiya donanmasının işidir”, – Rikardsen vurğulayıb.

Rusiya təcrübəsi

1980-ci illərdə sovet Rusiyası delfinlərdən hərbi təlimdə istifadə edirdi, onların iti görmə qabiliyyəti, səssizliyi və yaxşı yaddaşından silahların aşkarlanmasında səmərəli sualtı alət kimiistifadə olunurdu.

Bu proqram 1990-cı illərdə bağlansa da, 2017-ci ildə Zvezda TV xəbər verdi ki, Rusiya donanması ağ delfinlərdən, suitilərdən qütb sularında hərbi məqsədlər üçün istifadə etməyə başlayıb.

Murmanskda Dəniz Biologiyası Tədqiqat İnstitutu bu yaxınlarda araşdırma və təlim aparıb. Rusiyanın şimalında donanma adından aparılan tədqiqatın məqsədi ağ balinaların arktik regionlarda “donanma bazalarının girişini qorumaqda”, “ərazilərinə girən hansısa qəribi gərəkirsə öldürməkdə” yararlı olub-olmayacağını öyrənmək olub.

Araşdırma zamanı delfin və suitilərin təlimə və arktika mühitinə ağ balinalardan daha çox uyğun gəldiyi üzə çıxıb. Belə ki, balinalar soyuğa çox həssasdırlar, suitilər kimi “yüksək peşəkar” deyillər. Sən demə, suitilər şifahi komandaları daha yaxşı yadda saxlayırlar.

XS
SM
MD
LG