Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:57

Əfqanıstanda Loya Jirqa toplantısı başlanır


Ashraf Ghani

Aprelin 29-da Əfqanıstan Prezidenti Ashraf Ghani dörd günlük Loya Jirqa, yaxud Böyük Məclisin toplantısını açıb. 3 min 200-dən artıq nümayəndə Talibanla sülh danışıqlarına vahid yanaşmanı razılaşdırmağa çalışırlar.

Loya Jirqaya siyasətçilər, tayfa ağsaqqalları, digər tanınmış xadimlər qatılsalar da, hökumət başçısı Abdullah Abdullah kimi bəzi yüksəkvəzifəli rəsmilər iştirak etmir.

Prezident Ghani-nin xüsusi elçisi Omar Daudzai deyib ki, İran və Pakistandakı əfqan qaçqınların nümayəndələri də iclasda iştirak edirlər. Toplantıya görə paytaxt Kabildə yüksək təhlükəsizlik tədbirləri görülüb.

Ghani deyib ki, sülhə “vahid baxış”ın yaradılmasını istəyir. O, iştirakçıları Əfqanıstandakı “sülh səfirləri” adlandırıb, deyib ki, Loya Jirqa təmsilçiləri sülh prosesinin “istiqamət”ini müəyyənləşdirəcəklər.

Taliban indiyədək hökumətlə danışıqlardan imtina edib, onu Qərbin oyuncağı adlandırıb. Taliban xarici qüvvələr çıxarılmayınca Kabillə danışıqları istisna edir.

Birləşmiş Ştatların Əfqanıstanda 14 min hərbçisi var.

Ötən həftə ABŞ, Rusiya və Çin birgə bəyanat yayaraq Əfqanıstandan xarici qüvvələrin çıxarılması və “əfqanların başçılığı ilə inklüziv” sülh prosesinin başlanması üzrə razılığa gəldiklərini bildiriblər.

XS
SM
MD
LG