Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Bu il İranda inflyasiya 40 faizə çata bilər – Qərb mediası


İranda mağaza, arxiv fotosu
İranda mağaza, arxiv fotosu

Bu il İran iqtisadiyyatında azalmanın ikinci ildə davam edəcəyi, inflyasiyanın 40 faizə çatacağı gözlənir. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) aparıcı rəsmisi deyir. Birləşmiş Ştatlar sanksiyaları sərtləşdirəndən ölkə iqtisadi problemlər içindədir.

Vaşinqton mayın əvvəlindən İrandan neft alan səkkiz ölkəyə sanksiyalardan möhləti də uzatmayacaq.

BVF-nin hesablamalarına görə, ötən il İran iqtisadiyyatı 3,9 faiz azalıb, bu il isə 6 faiz azalacaq. BVF-nin Yaxın Şərq və Orta Asiya departamentinin direktoru Jihad Azour “Reuters” agentliyinə deyib ki, bu proqnoz sanksiyalardan möhlətin ləğvindən əvvəl hazırlanıb.

“Sanksiyaların bərpası və möhlətin ləğvinin İran iqtisadiyyatına həm artım, həm də inflyasiya baxımından əlavə mənfi təsir göstərəcəyi aydındır. Bu il inflyasiya 40 faizə çata, hətta onu keçə də bilər”, – o bildirib.

İranda valyutadəyişmə məntəqəsi
İranda valyutadəyişmə məntəqəsi

Bu ayın əvvəlində ABŞ rəsmisinin bildirməsinə görə, Birləşmiş Ştatların sanksiyaları İran hökumətinin 10 milyard dollardan artıq gəlir itirməsinə səbəb olub.

İranın milli valyutası olan rial ötən il dəyərinin 60 faizindən çoxunu itirib, ölkənin xarici ticarəti pozulub, illik inflyasiya güclənib.

İranda rəsmi məzənnə bir ABŞ dolları- 42 min rial səviyyəsindədir. Ancaq Bonbast.com xarici valyuta mübadiləsi vebsaytının bazargünkü məlumatına görə, bazarda 1 dollar 144 min riala dəyişilir.

Azour deyib ki, İran bazardakı məzənnə ilə rəsmi məzənnə arasındakı fərqi aradan qaldırmağa çalışmalıdır.

“Bazar və rəsmi məzənnələrin uyğunlaşdırılması inflyasiyanın cilovlanması və nəzarətdə saxlanmasına, məzənnəyə təsirin azaldılmasına kömək edər”, – rəsmi vurğulayıb.

Şri Lanka niqabı yasaqlayır

Şri Lankada müsəlman qadınlar daha üzlərini örtə bilməyəcəklər. Prezident Maithripala Sirisena-nın imzaladığı fövqəladə vəziyyət qanununa görə, insanların kimliklərini gizlədən bütün növ üz örtükləri qadağan olunur.

Pasxa partlayışlarında ölənlər anılır
Pasxa partlayışlarında ölənlər anılır

Qanun bu gündən – aprelin 29-dan qüvvəyə minir. Səkkiz gün öncə, Pasxa bayramı tədbirləri zamanı bu ölkədə törədilmiş partlayışlarda 250-dən çox adam öldürülüb. Onlarla şübhəli saxlanıb. Ancaq yerli rəsmilər, eləcə də paytaxt Kolombodakı ABŞ səfirliyinin təmsilçiləri xəbərdarlıq ediblər ki, partlayıcıları olan xeyli yaraqlı azadlıqda gəzir.

Hökumət son iclasında üz örtüyünə dair qanunlar təklif edib. Baş nazir Ranil Wickremesinghe-nin tövsiyəsi ilə məsələ İslam ruhaniləri ilə danışıqlar aparılanadək ertələnmişdi.

Bu arada Şri Lanka polisi bildirib ki, polislə yaraqlılar arasında atışmadan sonra yaralı vəziyyətdə tapılmış bur qadın və dörd yaşlı uşaq Pasxa partlayışlarının şübhəli təşkilatçısının arvadı və qızıdır.

Cümə günü gecə ölkənin şərqindəki Ampara bölgəsində atışmada altı uşaq daxil azı 15 nəfər öldürülüb.

İslam Dövləti silahlı qruplaşması atışmada üç yaraqlısının öldürüldüyünü bildirib.

Polis bazar günü onu da bildirib ki, son 24 saat ərzində Pasxa partlayışları ilə əlaqəli 48 şübhəli həbs olunub.

Sinaqoqunun rəhbəri Ravvin Yisroel Goldstein (sağdan ikinci) dünən mətbuat konfransı keçirib. O özü də hücum zamanı əlindən yaralanıb
Sinaqoqunun rəhbəri Ravvin Yisroel Goldstein (sağdan ikinci) dünən mətbuat konfransı keçirib. O özü də hücum zamanı əlindən yaralanıb

Sinaqoqa atəş açan ‘təkbaşına’ hərəkət edib

Cənubi Karolinada sinaqoqda “Şabat” ibadəti edən dindarlara atəş açmaqda şübhəli bilinən 19 yaşlı şəxsin təkbaşına, hansısa qruplaşmanın köməyi olmadan hərəkət etdiyi güman edilir. Bunu rəsmilər dünən – aprelin 28-də bildirib.

Polisin bildirməsinə görə, silahlı şənbə günü səhər, yəhudilərin bir həftə davam etmiş Pesah bayramının sonuncu günündə San Dieqoda sinaqoqa girib. O, odlu silahdan atəş açaraq bir qadını öldürüb, üç nəfəri yaralayıb.

Şübhəli John Earnest avtomobilə minərək hadisə yerindən qaçıb, sonradan polisə zəng edərək təslim olub.

Şübhəliyə qarşı bir məscidin yandırılması ilə əlaqədar ayrıca təhqiqat gedir. O saxlanıb və bir qətl, üç qətlə cəhd ittihamları irəli sürülüb.

XS
SM
MD
LG