Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:48

İranlı komandirdən Hörmüz təhdidi


Hörmüz boğazında İran tankeri
Hörmüz boğazında İran tankeri

“Ədavət Hörmüz boğazının bağlanmasını qaçılmaz edəcək səviyyəyə yüksələrsə, Tehran bunu edə bilər”, – İran ordusunun baş qərargah rəisi belə deyir.

General mayor Mohammad Baqeri aprelin 28-də deyib ki, İran “həyati beynəlxalq neft marşrutunu bağlamaq niyyətində deyil”, ancaq “Hörmüzdən bizim neftimiz keçməyəcəksə, başqalarının da nefti keçməyəcək”.

“Hazırda bütün gəmilər və donanma gəmiləri İslam İnqilab Keşikçiləri Korpusu Donanmasının suallarını cavablandırmalıdır. ABŞ hərbi gəmiləri də suallara cavab verib və problemimiz çıxmayıb”, – Baqeri vurğulayıb.

Fars və Oman Körfəzləri arasında yerləşən Hörmüz Boğazında gəmiçilik xətlərinin əksəriyyəti Omanın ərazi suları sayılır.

Mohammad Baqeri
Mohammad Baqeri

Amerikalı general nə deyib

Baqeri-dən bir gün öncə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kenneth McKenzie deyib ki, İranın Fars Körfəzi regionunda “təhlükəli” addımlarını önləməyə Birləşmiş Ştatların “gərəkən resursları” var.

Aprelin 27-də McKenzie regiona rəsmi səfəri zamanı Sky News Arabia telekanalına deyib ki, Vaşinqton Tehrana qarşı vahid cəbhəni saxlamaq üçün Körfəzdəki müttəfiqləri ilə işləyəcək.

“İnanıram ki, İranın təhlükəli addımlar atmasını önləməkdən ötrü lazımi resurslarımız olacaq. Effektiv şəkildə cavab verə biləcəyik”, – o deyib.

Prezident Donald Trump 2017-ci ilin yanvarında vəzifəyə keçəndən Vaşinqton Tehrana siyasi və iqtisadi təzyiqi artırıb.

Trump ötən ilin mayında elan edib ki, İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxır və Tehrana sanksiyalar bərpa olunur. Trump İranın paktın “ruhuna” əməl etmədiyini, nüvə silahları hazırlamağa davam etdiyini, regionda ekstremist zorakılığı maliyyələşdirdiyini vurğulayıb. Tehran isə iddiaları rədd edib.

Trump həmçinin ölkələrdən İrandan neft alışını dayandırmağı tələb edir, əks halda onları sanksiyalarla hədələyir.

Aprelin əvvəlində Birləşmiş Ştatlar İİKK-nı xarici terrorçu təşkilat elan edib.

Vaşinqton maliyyə təzyiqini davam etdirəcək, İranın “terrorçu fəaliyyəti dəstəyinə görə” ödəyəcəyi bədəli artıracaq, Trump aprelin 8-də bəyanatında deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG