Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:13

Serbiya-Kosovo danışıqlarını yenidən başlatmaq istəyirlər


Ramush Haradinaj

Aprelin 29-da Berlində Fransa Prezidenti Emmanuel Macron və Almaniyanın Kansleri Angela Merkelin ev sahibliyi ilə regional sammit başlanır. Məqsəd Serbiya-Kosovo dialoquna yenidən təkan verməkdir.

Görüşdə “regionda sabitlik müzakirə olunacaq, Serbiyayla Kosovo arasında dialoqu yenidən başlatmağın yolları aranacaq”, – Fransa prezidentinin idarəsi aprelin 28-də yaydığı bəyanatda deyib.

Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar ötən il yarıda qalıb. Belə ki, iki ölkənin sərhədinə mümkün dəyişikliklərlə bağlı yayılan məlumatlar tənqidə səbəb olub.

Noyabrda Kosovo Serbiyadan gələn məhsullara 100 faizlik tarif qoyub. Baş nazir Ramush Haradinaj deyib ki, Belqrad Kosovonun müstəqilliyini tanımağa hazır olmasına siqnal verməyincə təzyiqi saxlayacaq.

Belqrad isə öz növbəsində bəyan edib ki, tarif qaldırılmasa Kosovo ilə danışıq aparılmayacaq.

XS
SM
MD
LG