Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:54

Avstraliya hökuməti 2 milyon vəhşi pişiyi məhv etmək istəyir


Pişik
Pişik

Avstraliya hökuməti 2020-ci ilədək 2 milyon vəhşi pişiyin məhv edilməsini planlaşdırır.

Bu barədə Avstraliya hökumətinin rəsmi saytında bildirilir.

Ümumilikdə ölkədə 6 milyonadək vəhşi pişik olduğu təxmin edilir.

Məlumatda deyilir ki, bu tədbir, yalnız Avstraliyada mövcud olan bir neçə növ nadir heyvanın məhv olma təhlükəsinin qarşısını almaq məqsədilə edilir.

Ətraf mühitin mühavizəsi və energetika nazirliyinin məlumatına görə, vəhşi pişiklər hər gün Avstraliyada milyondan çox quşu və 1 milyon 700 sürünənləri öldürürlər.

Kvinslend ştatında vəhşi pişiyin dərisi üçün10 dollar mükafat da ayrılıb.

Amma PETA heyvanların müdafiəsi təşkilatı bunu qəddarlıq adlandırıb.

Ekoloq Tom Doerti hesab edir ki, vəhşi pişiklərin ölkədə real sayını göstərə bilən etibarlı vasitə yoxdur.

O, da pişiklərin öldürülməsinin quşlar və sürünənləri qoruya biləcəyinə şübhə ilə yanaşır.

İlk dəfə vəhşi pişik Avstrsliyaya XVII əsrdə gətirilib və hazırda ölkə ərazisinin 99,8 faizinə yayılıb.

Onların görnüşü adi pişiklərdən fərqlənmir və təbiətdə ov etməklə qidalanırlar.

Avstraliya hakimiyyəti 2015-ci ildə 2 milyon vəhşi pişiyin güllələnməsinə icazə vermişdi.

Müxtəlif məlumatlara görə həmin vaxt ölkədə 18 milyonadək vəhşi pişik varmış.

Hakimiyyət nadir növ heyvanları qorumaq üçün 2018-ci ildə 44 kilometrlik hasar çəkərək 10 hektarlıq qoruq da yaradıb.

XS
SM
MD
LG