Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:30

Qazaxıstanın yeganə müxalifət partiyası seçkini boykot edir


Ümummilli Sosial Demokratik Partiyanın (ZhSDP) qurultayı
Ümummilli Sosial Demokratik Partiyanın (ZhSDP) qurultayı

Qazaxıstanda qeydiyyatdan keçmiş yeganə müxalifət partiyası olan Ümummilli Sosial Demokratik Partiya (ZhSDP) iyunun 9-na planlaşdırılan növbədənkənar prezident seçkisini boykot edir.

Bu qərar partiyanın aprelin 26-da Almatıda keçirilən qurultayında verilib. Partiya deyir ki, aralıq dövr prezidenti, hakim Nur Otan partiyasının namizədi Qasym-Zhomart Toqaev-in seçkidə qələbəsini təmin etməkdən ötrü hökumətyönlü partiyaların irəli sürdüyü “oyuncaq” namizədlərin iştirakına etiraz olaraq bu addımı atıb.

Daha 5 partiya seçkiyə gedir

ZhSDP-nin bəyanatında bildirilir ki, bu seçkiyə namizəd vermək partiyanın nüfuzuna ziyan vurar, çünki bu zaman hökumətin nəzarətində olan, yaxud ondan istifadə olunan siyasi qrup kimi görünə bilər.

Nursultan Nazarbaev (ortada) və Qasym-Zhomart Toqaev (sağda), 23 aprel, 2019-cu il
Nursultan Nazarbaev (ortada) və Qasym-Zhomart Toqaev (sağda), 23 aprel, 2019-cu il

Nur Otan aprelin 23-də Toqaev-in prezidentliyə namizədliyini irəli sürüb.

Nur Otana sadiqliyi ilə tanınan beş digər partiya elə həmin gün az tanınmış siyasi fiqurların namizədliyini veriblər.

Keçmiş diplomat, aralıq dövr prezidentliyinə qədər senatın spikeri olmuş Toqaev artıq prezidentlikdən istefa verib.

Keçmiş prezident Nursultan Nazarbaev martın 19-da istefa verib və bir gün sonra Toqaev aralıq dövr prezidenti kimi fəaliyyətə başlayıb.

Gələn il keçirilməli olan prezident seçkisi növbədənkənar qaydada iyunun 9-na təyin olunub.

ZhSDP və digər tənqidçilərin fikrincə, erkən seçkinin məqsədi siyasi keçid dövrünü qısaltmaq, Nazarbaev-in istefasından sonra ölkədə hər hansı formada sabitsizliyə yol verməməkdir.

Seçkinin vaxtının səsvermədən cəmi iki ay öncə elan olunması Toqaev-in potensial opponentlərinin kampaniya aparmasına az zaman buraxıb, onların özlərini seçicilərə tanıtmaq imkanlarını azaldıb.

Bu ölkədə siyasi müxalifət sıxışdırılıb. 30 il hakimiyyətdə olmuş Nazarbaev hələ də siyasətdə dominantlıq edir.

AzadlıqRadiosunda iş

AzadlıqRadiosuna

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG