Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:51

Butinaya 18 ay iş kəsildi və o Rusiyaya deportasiya olunacaq


Maria Butina, arxiv fotosu
Maria Butina, arxiv fotosu

ABŞ məhkəməsi Maria Butinanın 18 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

O Rusiya hökumətinin ABŞ-da qeydiyyatdan keçməmiş agenti kimi fəaliyyət göstərdiyinə dair təqsirini etiraf etmişdi.

Aprelin 26-da ABŞ dairə hakimi Tanya Chutkan tərəfindən oxunmuş hökmdəki cəza prokurorların istədiyinə tam uyğundur.

Hakim Chutkan-ın hökmündə bundan başqa Butinanın həbsxana müddətini bitirdikdən dərhal sonra Rusiyaya deportasiya edilməsi tələb olunur.

Onun cəza müddəti 2020-ci ilin yanvarında başa çatmalıdır. Lakin Butinanın məhkəməyə qədər həbsdə olduğu müddət cəza müddətindən çıxılacaq.

Hökm oxunmazdan əvvəl 30 yaşlı Butina məhkəməyə “dərindən” peşman olduğunu və mərhəmət istədiyini bildirmişdi.

Chutkan vəkillərin Butinanın guya sadəcə olaraq ABŞ siyasətçiləri ilə əlaqə qurmaq niyyətində olduğu barədə arqumentlərini rədd edib:

"Bu sadəcə olaraq aşırı fəal tələbənin qanmazlığı kimi qəbul edilə bilməz”.

***

Rusiya vətəndaşı Maria Butinaya hökm aprelin 26-da oxunacaq. O, ötən il qeydiyyatsız xarici agent kimi fəaliyyət göstərməklə bağlı ittiham üzrə özünü təqsirli bilib.

Hökm Vaşinqtonda dairə məhkəməsi tərəfindən çıxarılacaq.

30 yaşlı Butina beş ilədək həbsə məhkum edilə bilər. Ancaq ABŞ rəsmiləri 18 aylıq həbs cəzası və onun ölkədən deportasiyasını istəyiblər.

Butina işi Xüsusi prokuror Robert Mueller-in tamamladığı istintaqdan ayrıdır, ancaq bir sıra oxşar məsələlərə toxunub. Rusiyanın 2016-cı il prezident seçkisi zamanı və ondan öncə ABŞ-da siyasətə necə təsir etməyə çalışması bu mövzular sırasındadır.

İttihamnaməyə görə, Vaşinqtondakı Amerika Universitetində təhsil aldığı zamanı və ondan öncə Butina ABŞ-ın mühafizəkar siyasi qrupları ilə, Kremlə bağlı azı bir nüfuzlu deputatın adından münasibət yaratmağa çalışıb. Milli Silah Assosiasiyası da həmin qurumlar içində olub.

Butina dekabrda özünü təqsirli bilərək müstəntiqlərlə əməkdaşlığa razılaşıb.

Kreml isə Butinaya ittihamları “əsassız” adlandırıb. Rusiya Prezidenti Vladimir Putin deyib ki, Butina “təzyuq altında” özünü təqsirli bilib.

Vəkillərinin deməsinə görə, Butina həbsdən buraxılan kimi Rusiyaya göndərilməsini gözləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG