Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 21:50

ABŞ Çeçenistanın baş nazirinə səyahət qadağası qoydu


Çeçenistanda Ramzan Kadyrov-un portreti
Çeçenistanda Ramzan Kadyrov-un portreti

Birləşmiş Ştatlar Rusiyanın Çeçenistan Respublikasının Baş naziri Muslim Khuchiyev-in bu ölkəyə girişinə qadağa qoyub.

Bu barədə elan aprelin 25-də Dövlət Departamentinin vebsaytında yerləşdirilib. Qeyd olunur ki, qadağa “xarici ölkə rəsmilərinin ciddi korrupsiyaya bulaşdığı, yaxud kobud insan haqları pozuntusuna yol verdiyinə dair etibarlı informasiya” olanda sanksiya tətbiqini nəzərdə tutan qanun çərçivəsində qoyulub. ​

“Khuchiyev-in işgəncədə əli olmasıyla bağlı departamentdə etibarlı məlumat var”, – bəyanatda deyilir.

Khuchiyev-in həyat yoldaşı Sapiyat Shabazova-ya da sanksiya tətbiq olunub.

Çeçenistan Respublikasının lideri Ramzan Kadyrov da 2012-ci Magnitsky Aktı çərçivəsində sanksiyalar altındadır. O, Rusiyanın Interfax xəbər agentliyinə deyib ki, Khuchiyev-ə sanksiya qoyulması “məzəli”dir və baş nazirə təsir göstərməyəcək.

“O, Birləşmiş Ştatlara səfər etmədən yaşayıb və belə də yaşamağa davam edəcək”, – Kadyrov söyləyib.

Dövlət Departamentinin bildirməsinə görə, ATƏT-in Moskva Mexanizmi bu yaxınlarda belə bir qənaətə gəlib ki, Çeçenistan hökuməti “ciddi və hazırda davam edən və cəzasız qalan insan haqları pozuntuları törədib”. Qurum Rusiya hökumətini Khuchiyev daxil olmaqla, həmin rəsmiləri məsuliyyətə cəlb etməyə çağırıb.

XS
SM
MD
LG