Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:53

Joe Biden prezidentliyə iddialıdır


Joe Biden

Birləşmiş Ştatların keçmiş vitse-prezidenti Joe Biden 2020-ci ildə prezident seçkisinə namizədliyini verəcəyini deyir.

76 yaşlı Biden Demokratlar partiyasından namizəd olmağa əsas iddialı şəxs kimi görülür.

“Bu millətin əsas dəyərləri... bizim dünyadakı mövqeyimiz... bizim demokratiyamız... Amerikanı Amerika edən hər şey risk altındadır. Ona görə də bu gün mən Birləşmiş Ştatların prezidentliyinə namizədliyimi elan edirəm”, – o, Twitter-də yazıb.

Tvitə əlavə olunmuş üç dəqiqəlik videoda Biden deyir ki, Prezident Donald Trump “bu millətin xarakterini fundamental şəkildə dəyişərkən” o, kənarda dayanıb baxa bilməz.

Biden səkkiz il ərzində keçmiş Prezident Barack Obama-nın vitse-prezidenti olub. Hətta namizədliyini açıqlamazdan öncə Demokrat partiyasının seçiciləri arasında keçirilən rəy sorğuları onun öndə getdiyini göstərib.

RealClearPolitics sorğu mərkəzinin siyahısında o, 29,3 faizlə demokratların namizədləri içində favorit sayılır. Ondan sonra 23 faizlə müstəqil senator Bernie Sanders gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG