Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:11

Qızılağac körfəzində vəziyyət pisləşib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunda Qızılağac körfəzinin hidrokimyəvi və hidrometeoroloji vəziyyəti müzakirə olunub. Bu barədə institutun yaydığı məlumatda bildirilir.

Məlumata görə, Kiçik və Böyük Qızılağac körfəzlərində əvvəlcədən təyin edilmiş nöqtələrdə dərinlik üzrə ölçmə işləri aparılıb, səth suyundan, dib çöküntülərindən nümunələr götürülüb.

Bununla yanaşı, meteoroloji və hidroloji məlumatlar toplanılıb.

«Aparılam müşahidələr göstərir ki, antropogen təsirlər nəticəsində Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyəti çox pis hala düşüb, sahil zonaları plastik və digər tullantılarla zibilləndirilib. Dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xətti 100-200 m məsafədə formalaşıb», - açıqlamada yazılıb.

Xatırlatma

Qızılağac körfəzi Xəzər dənizində Azərbaycanın cənub-şərqində yerləşir.

Köçəri su quşların qışladığı bu su hövzəsində Qızılağac qoruğu yerləşir.

XS
SM
MD
LG