Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 21:36

Sisi-nin hakimiyyətini uzadan referendumu pisləyirlər


Abdel Fattah al-Sisi, arxiv fotosu

Human Rights Watch (HRW) insan haqları qrupu Misir Prezidenti Abdel Fattah al-Sisi-nin hakimiyyətini 2030-cu ilədək uzadan referendumu pisləyib. Qurum aprelin 24-də bu haqda bəyanat yayıb.

Üçgünlük referendum aprelin 22-də bitib. HRW səsvermənin “ədalətsiz və qeyri-azad” mühitdə keçdiyini, “legitim əsası” olmadığını bildirir.

HRW səsvermədə “ciddi pozuntuların” baş verdiyini əlavə edir. Belə ki, vətəndaşların səs verməyə məcbur edildiyi, ərzaq və pulla satın alındığı barədə məlumat var.

Referendumda təsdiqlənmiş konstitusiya əlavələrinə görə, prezidentlik müddəti dörd ildən altı ilə uzadılır. Ancaq xüsusi bir maddə Sisi-nin mövcud hakimiyyət müddətini 2024-cü ilədək uzadır və ona daha altı il müddətinə vəzifədə qalmaq imkanı verilir.

Rəsmilərin aprelin 23-də bildirməsinə görə, dəyişiklikləri seçicilərin 88,83 faizi təsdiqləyib, seçici fəallığı 44,33 faiz olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG