Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Qazaxıstanda əsgərlər həbsxanaya girib


İllüstrativ foto
İllüstrativ foto

Qazaxıstanda bir həbsxanada cəza çəkən məhbusların qohumları deyirlər ki, əsgərlər itlərin müşayiətilə müəssisəyə girib. Fəallara və ailə üzvlərinə isə içəri girməyə icazə verməyiblər.

Almatı yaxınlığındakı islah-əmək koloniyasında saxlanan məhbusların qohumları aprelin 24-də AzadlıqRadiosu-na deyiblər ki, ötən gün həbsxanaya hərbi maşınlarla silahlıların keçdiyini görüblər.

Qohumların bildirməsinə görə, onları yaxınlarının yanına buraxmayıblar və bu da içəridə nə baş verməsi sarıdan qeyri-müəyyənlik yaradıb. Adətən Qazaxıstanda və digər keçmiş sovet respublikalarında əsgərlər həbsxanaya qiyamları yatırtmağa göndərilir.

Həbsxana rəisi, mayor Bauyrzhan Qalymov AzadlıqRadiosu-na deyib ki, həbsxana nəzarətçiləri və Milli Qvardiya əsgərləri “planlı axtarış tədbirləri” aparırlar və məhbusların hüquqları “pozulmur”.

Hüquq müdafiəçisini də içəri buraxmayıblar

İnsan haqları fəalı Konstantin Gudauskas AzadlıqRadiosu-na söyləyib ki, o, qohumlardan şikayətlər alınca həbsxanaya girmək istəyib, ancaq həbsxana administrasiyası icazə verməyib.

Qazaxıstanda məhbuslar son illər dəfələrlə üsyan ediblər, həbsxana şəraitinə diqqət çəkməyə çalışıblar, hətta bundan ötrü özlərinə xəsarət yetirənlər olub.

Ötən həftə mərkəzi Qaraqanda regionundakı koloniyaya xeyli sayda hərbçi göndərilib.

Penitensiar Xidmət həbsxanada “xüsusi taktiki təlim” keçirildiyini bildirib.

Başqa bir insan haqları fəalı Ruslan Ozdoev-in sözlərinə görə, ölkədə cəzaçəkmə koloniyalarında irimiqyaslı tədbirlər vacib siyasi hadisələr ərəfəsində keçirilib.

Ozdoev iddia edib ki, belə tədbirlər zamanı adətən nəzarətçilər hüquqlarını tələb edən məhbusları qorxudur, yaxud döyürlər, onların liderləri təcrid olunur, digər koloniyalara aparılır.

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək. Keçmiş prezident Nursultan Nazarbaev martda istefa verib. Dünən – aprelin 23-də hakim Nur Otan partiyası müvəqqəti prezident vəzifəsini icra edən Qasym-Zhomart Toqaev-in prezidentliyə namizədliyini irəli sürüb. Onun seçkini udacağı gözlənir.

Tənqidçilər Nazarbaev-in 30 il ərzində narazıları susdurduğunu, hakimiyyətini demokratik prosesi manipulyasiya etməklə uzatdığını deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG