Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:27

BMT: Əfqanıstanda dinc sakin ölümləri azalır


Əfqanıstanın Herat vilayəti
Əfqanıstanın Herat vilayəti

Bu ilin ilk üç ayı ərzində Əfqanıstandakı müharibədə dinc sakinlərin öldürülməsi halları 25 faizədək azalıb. BMT yeni hesabatında bu azalmanın ötən ilin eyni dövrü ilə müqayisədə baş verdiyini bildirir. Üç ayda Əfqanıstanda 581 dinc sakin öldürülüb, 1192 nəfər yaralanıb.

İlk dəfə qeydə alınan daha bir fakt da var: ABŞ və Əfqanıstan hökumət qüvvələri Taliban və digər yaraqlılardan daha çox dinc sakin öldürüblər. BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) hesabatı aprelin 24-də yayıb və dinc sakinlər arasında itkiləri 2009-cu ildən qeydə aldığını bildirir.

Tərəflərə çağırış

Öldürülən və xəsarət alan dinc sakinlərin cəmi sayına gəlincə, UNAMA Taliban və digər yaraqlıların hökumətyönlü qüvvələrdən daha çox itkiyə səbəb olduğunu bildirir.

Tadamichi Yamamoto
Tadamichi Yamamoto

“Hər gün sarsıdıcı sayda dinc sakin öldürülür və şikəst edilir”, – UNAMA rəhbəri Tadamichi Yamamoto deyib. O, tərəfləri dinc sakinləri qorumaqdan ötrü daha çox iş görməyə çağırıb.

Yamamoto-nun sözlərinə görə, yaraqlılar dinc sakinləri qəsdən hədəfə almağı, əldəqayırma partlayıcı cihazlardan istifadəni dayandırmalıdırlar. Hökumət qüvvələri isə raket zərbələri və axtarış əməliyyatları zamanı dinc sakinlərin ölüm hallarının azalmasına nail olmalıdırlar.

UNAMA bildirir ki, bu ilin üç ayı ərzində ABŞ və Əfqanıstan hökumətinin raket zərbələrində 145 dinc sakin qətlə yetirilib. 140 nəfər ABŞ-ın raket zərbələrindən ölüb.

Üç ayda yaraqlıların törətdiyi dörd intiharçı hücumunda 178 nəfər öldürülüb və yaralanıb.

Ötən ilin eyni dövründə 19 yaraqlı hücumunda 751 dinc sakin həlak olmuşdu.

Aprelin 23-də Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyası da müharibədə dinc sakin ölümlərinə dair hesabatını açıqlayıb.

Sənəddə deyilir ki, 2018-ci martın sonundan bu il martın sonunadək 11 min 212 dinc sakin öldürülüb və yaralanıb.

Hesabata görə, 17 ildir davam edən münaqişədə cəmi 75 min 316 dinc əfqan həyatını itirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG