Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:25

Rusiyada hakimiyyəti təhqir etməyə görə ilk cəza


Pavel Chikov

Rusiyanın Novqorod vilayətində bir şəxs ilk dəfə olaraq “hakimiyyətə sayqısızlığ”a görə cəza nəzərdə tutan yeni qanuna uyğun olaraq təqsirli bilinib və cərimələnib.

Agora hüquqi yardım təşkilatından vəkil Pavel Chikov bu işlə bağlı Çudovo şəhər məhkəməsinin saytında yerləşdirilmiş elana diqqət çəkib.

Məhkəmə K. adlı vətəndaşın 30 min rubl (470 dollar) cərimələndiyini bildirir. Cərimə sosial mediada yerləşdirilmiş iki posta görə kəsilib. Həmin postlarda “insan ləyaqətinin və sosial əxlaqın alçaldıldığı, cəmiyyətə, dövlətə və Rusiya Federasiyasının hökumət orqanlarına aydın sayqısızlıq göstərildiyi” bildirilir.

Postların martın 31-də, qanun qüvvəyə minəndən iki gün sonra yerləşdirildiyi qeyd olunur.

“The Insider” vebsaytı isə həmin şəxsin Yury Kartyzhev adlı Novqorod sakini olduğunu yazır. Onun özü VK sosial media saytında təqsiqləndirilən şəxs olduğunu qeyd edib, məhkəmədən yazıldığı bildirdiyi səsyazısı da yerləşdirib. Səsyazısında hakim deyir ki, Kartyzhev Prezident Vladimir Putinin təhqir olunduğu iki nalayiq mətn və şəkil yerləşdirib.

Yeni qanunlara görə, hakimiyyətin, yaxud dövlət simvollarının təhqir olunmasına görə 100 min rubladək (1570 dollar) cərimə, yaxud 15 günədək həbs kəsilə bilər.

İnternetdə “saxta xəbərlər”in dərcinə görə isə fərdlər 100 min rubladək, kommersiya qurumları 500 min rubladək (7 min 850 dollar) cərimələnə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG