Keçid linkləri

Təcili xəbərlər
2019, 24 May, Cümə, Bakı vaxtı 19:52

Jurnalistin qətlinə görə bir qadın saxlanıb


Lyra McKee

Şimali İrlandiya polisi ötən həftə Londonderri şəhərində iğtişaş zamanı jurnalist Lyra McKee-nin güllələnərək öldürülməsi ilə əlaqədar bir qadını həbs edib.

57 yaşlı qadının adı açıqlanmır, Terrorçuluq Aktı çərçivəsində saxlandığı bildirilir. Daha öncə saxlanmış iki kişi isə heç bir ittiham irəli sürülmədən azad olunublar.

İrlandiya Respublika Ordusu (İRO) qruplaşmasının törəməsi olan Yeni İRO daha öncə “könüllülər”indən birinin jurnalisti öldürdüyünü etiraf edib. Jurnalist iğtişaşdan xəbər hazırlayarkən başından güllə yarası alıb.

Aprelin 23-də yaydığı bəyanatda Yeni İRO McKee-nin ailəsinə və dostlarına “tam və səmimi” üzrxahlığını çatdırır.

29 yaşlı McKee Mediagazer xəbər saytının redaktoru idi. Onun qətli Britaniyada, İrlandiyada və bir çox yerlərdə şok effekti yaradıb.

Yeni İRO yarımhərbi qruplaşmadır, İrlandiyanın birləşməsi yolunda getdikcə daha çox qeyri-zorakı taktikaya üstünlük verilməsinə qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG