Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:05

Poroshenko-nun adamlarını dindirməyə çağırıblar


Valeriya Hontareva
Valeriya Hontareva

Ukraynanın Baş Prokurorluğu hazırkı prezident Petro Poroshenko ilə işləmiş bəzi keçmiş məmurları şübhəli şəxs qismində dindirilməyə çağırıb. Söhbət Milli bankın keçmiş rəhbəri Valeriya Hontareva, Prezident administrasiyasının keçmiş rəhbəri Boris Lojkin və onun müavini Aleksei Filatov-dan gedir. Çağırış sənədləri prokurorluğun saytında dərc olunub.

Onların hər üçü biznesmen Serhiy Kurchenko-ya qarşı cinayət işi üzrə, yəni dövlət büdcəsindən 1,5 milyard dolların mənimsənilməsində şübhəli bilinir. Qontareva mənimsəmə və cinayətkarlara yardımda, Filatov və Lojkin isə qanunsuz gəlirlərin leqallaşdırılmasında, cinayətkar təşkilat üzvləri ilə əlbirlikdə şübhəli bilinir.

Milli bankın keçmiş rəhbəri hazırda Londonda yaşayır. “Ukrayna xəbərləri” agentliyinə müsahibəsində o, Ukraynaya qayıtmaq niyyəti olmadığını bildirib.

Serhiy Kurchenko
Serhiy Kurchenko

“Siyasi motivlidir”

“Bunu yalnız siyasi motivli adlandırmaq olar, başqa heç cür. Çünki mən nə Yanukovych, yaxud Kurchenko ilə görüşmüşəm, nə də keçmiş birinci vitse-premyer Sergey Arbuzovla tanış olmuşam. Heç vaxt hansısa sövdələşmədə iştirak etməmişəm”, – Hontareva söyləyib.

Ukraynalı oliqarx Serhiy Kurchenko da keçmiş prezident Viktor Yanukovych kimi Rusiyaya qaçıb. Prokurorluq ona doqquz epizod üzrə ittiham irəli sürüb: dövlət neft və qaz şirkətlərindən qaz mənimsəməkdə, “Naftoqaz” şirkətinin və digər şirkətlərin pullarını ələ keçirmək məqsədilə sui-qəsddə, saxta sahibkarlıqda ittiham olunur.

Biznesmen mayeləşmiş qaz, neft məhsulları və bank sahələri ilə məşğul olub. 2014-cü ildə o, 266 milyon dollarlıq sərvətlə ən zəngin ukraynalıların 100-lüyünə düşüb.

Onu Yanukovych-in oğluna yaxın saysalar da, özü bunu təkzib edib. Ancaq Maydan etirazlarından sonra keçmiş prezidentin ardınca Rusiyaya qaçıb.

Kurchenko Rusiyada da neft-qaz biznesiylə məşğuldur. DW-nin məlumatına görə, onun adamlarına məxsus, "GeОlog Oil&Gas Trading" Avstriya şirkəti Almaniyada qaz doldurma məntəqələri şəbəkəsimi alıb. Maraqlısı odur ki, "Geolog Oil"un icraçı direktoru Christoph Gerg şirkəti Vyanada Kurchenko-nun şirkətlərinə məxsus ünvanda qeydiyyatdan keçirib.

Ukraynanın bəzi nəşrləri iddia edirlər ki, 31 yaşlı oliqarxın “Petrolium” şirkəti Donbasda Kiyevin nəzarətində olmayan ərazilərdən Rusiyaya kömür daşıyır. Həmin kömürün bir hissəsinin sonradan Türkiyəyə (Mərsinə) ixrac olunduğu bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG