Keçid linkləri

Təcili xəbərlər
2019, 24 May, Cümə, Bakı vaxtı 19:29

Qazaxıstanda hakim partiyanın prezidentliyə namizədi bəlli oldu


Qasym-Zhomart Toqaev (solda) və Nursultan Nazarbaev (ortada) bugünkü qurultayda

Qazaxıstanın hakim “Nur-Otan” partiyası bu gün – aprelin 23-də ölkə prezidentliyinə namizədinin adını açıqlayıb. O, hazırkı Prezident Qasym-Zhomart Toqaev-dir.

Namizədin adı partiyanın bugünkü qurultayında elan olunub.

Təxminən iki ay sonra ölkədə növbədənkənar prezident seçkisi keçirilməlidir.

Keçmiş Prezident Nursultan Nazarbaev ötən ay istefa verib, ancaq Nur Otana sədrliyini saxlayıb.

Nur Otan üzvü olan Toqaev martın 20-dən, Nazarbaev istefa verəndən bir gün sonra aralıq dövr prezidenti kimi fəaliyyətə başlayıb.

Astanada anaların etirazı, fevral, 2019-cu il
Astanada anaların etirazı, fevral, 2019-cu il

Müxalifət kampaniya apara biləcəkmi

Seçki iyunun 9-na təyin olunub və görünür, məqsəd siyasi keçid müddətini qısaltmaq, Nazarbaev-in qəfil istefasından sonra ölkədə sabitsizliyin hər hansı formasına fürsət verməməkdir.

Seçkinin qəfil elanı hakim partiya namizədinin potensial opponentlərinin kampaniya aparması üçün çox vaxt qoymayıb. Bu ölkədə müxalifət onsuz da sıxışdırılıb, 30 ilə yaxın siyasətdə Nazarbaev dominantlıq edib.

Son vaxtlar Qazaxıstanda qeyri-adi səviyyədə davamlı etirazlar keçirilib, nümayişçilər hökumətin sıravi vətəndaşların ehtiyac və tələblərini gözardı etdiyini deyib.

Fevralın əvvəlində Astanada bir evin yanması nəticəsində 3 aylıq-13 yaşlı beş qız uşağı həlak olub. Onların valideynləri hadisə zamanı gecə növbəsində imişlər. Bundan sonra ölkədə etirazlar güclənib.

Tənqidçilər, insan haqları qrupları avtoritar lider olan Nazarbaev-in narazıları susdurduğunu, demokratik prosesi manipulyasiya etməklə hakimiyyət müddətini uzatdığını deyirlər.

Nazarbaev-in böyük qızı Darigha Nazarbaeva hazırda parlamentin yuxarı palatası olan Senatın spikeridir. Ondan əvvəl bu vəzifəni Toqaev tuturdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG