Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:31

Gürcüstanda polisə hücum araşdırılır


Toqquşma zamanı
Toqquşma zamanı

Gürcüstanın Daxili İşlər Nazirliyi Pankisi dərəsində toqquşma zamanı polis əməkdaşlarına hücum və xüsusi texnikanın zədələnməsini araşdırır. Bu haqda “Exo Kavkaza” xəbər verir.

DİN bildirir ki, bir qrup yerli sakin polisə hücum edib, onlara daş atıb. Bundan sonra hadisə yerinə əlavə polis qüvvələri göndərilib. Kavkaz.Realii saytının əməkdaşı xüsusi polis qüvvələrinin gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etdiyini bildirir.

Hadisə yeri
Hadisə yeri

“Bir qrup vətəndaş hadisə yerinə gələn polis əməkdaşlarına müqavimət göstərib. Nəticədə hüquq-mühafizə orqanları əməkdaşları və vətəndaşlar xəsarət alıb, eləcə də polis texnikasına ziyan dəyib”, – bəyanatda deyilir.

DİN-in məlumatına görə, 38 polis və 17 yerli sakin daxil 55 nəfər xəsarət alıb.

Toqquşmalar yerli sakinlərin Birkiani kəndində kiçik SES tikilməsinə etirazı zamanı baş verib.

Etirazçılarla danışıqlardan sonra daxili işlər naziri Georgiy Gakhariya deyib ki, SES tikintisi əhalinin 90 faizinin razılığı alınınca başlanacaq və müzakirəni işləri aparmalı olan şirkət davam etdirəcək.

Yerli sakinlər SES tikintisinin ekologiyaya ziyan vuracağından, onların evlərini tərk etməli olacaqlarından narahatdırlar.

Gürcüstan hakimiyyəti isə bəyan edir ki, 5 meqavatlıq SES təhlükəli deyil.

XS
SM
MD
LG