Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Pompeo Ghani ilə danışıb


Ashraf Ghani (sağda) və Mike Pompeo, arxiv fotosu

ABŞ-ın Dövlət katibi Mike Pompeo Əfqanıstan Prezidenti Ashraf Ghani-yə zəng edərək Talibanla danışıqların təxirə salınmasından məyusluğunu bildirib. O, silahlı qruplaşmanın bu yaxınlarda “yaz hücumları mövsumunu” elan etməsini pisləyib.

Aprelin 19-da 250 nəfərlik əfqan siyasətçisi və vətəndaş cəmiyyəti xadimi Dohada Talibanla danışıq aparmalıydı, əfqanlararası dialoq keçirilməliydi. Taliban və Kabil hökumət rəsmiləri ilk dəfə bir araya gələcəkdi.

Ancaq görüşlər aprelin 18-də qəfildən ertələndi. Talibanın əfqan nümayəndə heyətinin miqyası və tərkibindən narazı qaldığı ortaya çıxdı.

Dövlət Departamentinin bəyanatına görə, Pompeo aprelin 21-də Ghani-yə zəng edərək Talibanın yaz hücumlarının başlanmasını elan etməsini pisləyib.

Pompeo deyib ki, danışıqlar sülhün irəliləməsi üçün vacib imkandır.

Bir neçə aydır Birləşmiş Ştatlar Dohada Talibanla ikitərəfli sülh danışıqları aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG